Fərhad Məmmədov: “Paşinyan Qarabağda ermənilərin varlığının davamını istəyirsə...”

Hazırda oxunan: Fərhad Məmmədov: “Paşinyan Qarabağda ermənilərin varlığının davamını istəyirsə...”

36344

Son günlər erməni ailəsinin Azərbaycan tərəfinə keçməyə cəhd göstərməsi Qarabağın ermənilər yaşayan ərazisindəki əhalinin gələcək taleyini yenidən gündəmə gətirib. Mövzu ilə bağlı fikirlərini bölüşən pilitoloq, Strateji Araşdırmalar Mərkəzinin sabiq rəhbəri Fərhad Məmmədov Qarabağın erməni əhalisinin vəziyyətinin daha da pisləşəcəyini və Ermənistanın çıxılmaz vəziyyətlə üz-üzə qalacağını düşünür.  

Mövzu ilə bağlı “1news.az” saytına müsahibə verən Fərhad Məmmədov qeyd edir ki, Qarabağdakı vəziyyətin əsas səbəbi bu vaxta qədər işğal altındakı ərazilərdəki qurulan iqtisadi sistemlə birbaşa bağlıdır.

Bu vaxta qədər Qarabağda iqtisadiyyatın əsas elementi mədən sənayesi idi və əsasən Kəlbəcər, Zəngilan və Ağdərə rayonlarında qurulmuşdu. Amma ora cəlb olunan şirkətlər yalnız müəyyən sayda yerli ermənini işlə təmin edirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ erməniləri İrəvandan qovulur – 1 GÜN VAXT VERİLDİ - VİDEO


Bu şirkətlər Ermənistanda qeydiyyatda idilər və rəsmi olaraq separatçı quruma vergi ödəsələr də, qazancın böyük hissəsi Ermənistana ötürülürdü.

İqtisadiyyatın növbəti elementi isə kənd təsərrüfatı idi. İndi görürük ki, işğal altında olan ərazilərdə, xüsusilə Aşağı Qarabağda, heyvandarlıq geniş yayılmışdı və ermənilər buranı otlaq sahələri kimi istifadə edirdi.

Bu torpaqlar işğaldan azad edildikdən sonra orada heyvandarlıqla məşğul olan kəndlilər öz mal-qaralarını satır. Daha sonra da erməni nəşrləri də yazır ki, güya onların mal-qarası Azərbaycan əsgərləri tərəfindən "oğurlanıb". 
 

Lakin fakt budur ki, kəndlilər bu mal-qaranı kreditlə götürüblər və indi pul geri qaytarılmalıdır. Borc çuxurundan çıxmaq üçün də mal-qaranı kəsirlər, əti satır və sonra deyirlər ki, güya Azərbaycan əsgərləri tərəfindən "oğurlanıb".


Üstəlik, ermənilərin qaldıqları ərazidə su ehtiyatlarının olmaması, dağlıq relyef, mal-qaranın otlanması üçün geniş otlaqlar və ya işğal dövründə malik olduqları böyük əkin sahələri də mövcud deyil.

Politoqun fikrincə, qarşıdakı illərdə Qarabağ ermənilərinin varlığını təmin etmək birbaşa Ermənistan büdcəsinin üzərinə düşəcək. Ermənistan artıq Hayastan Fondunun dəstəyindən yararlana bilməyəcək. Bu isə Ermənistan üçün çox böyük bir yükdür və bunu başa düşmək də vacibdir.

İnkişafın infrastruktur, sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektoru ilə bağlantısını qeyd edən Fərhad Məmmədov, bütün bunların bu gün Qarabağda olmadığına diqqət çəkir. Ona görə də, bu gün yalnız Ermənistan vətəndaşlarının narazılığını proqnozlaşdırmaq olar, çünki onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, problemləri həll etmək üçün nəzərdə tutulan pullar Qarabağ ermənilərinin varlığını təmin etməyə yönəldiləcək.

Əgər Ermənistan mövqeyini dəyişməsə, bu, Nikol Paşinyanın həm bu il, həm də gələn il qarşılaşacağı bir problemdir.

Politoloq noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən, Azərbaycan yeni Laçın dəhlizi inşa edəcəyini və bunun Qarabağdakı ermənilərin vəziyyətini daha pisləşdirəcəyini qeyd edir.

Artıq dəhlizin tikintisinə başlanılıb və bu dəhlizin inşası başa çatdıqdan sonra rus sülhməramlıları onun təhlükəsizliyini təmin etməyə başlayacaqlar. Müvafiq olaraq, bütün infrastruktur - elektrik şəbəkələri, telekommunikasiya xətləri, qaz şəbəkələri "köhnə" Laçın dəhlizinin ərazisində qalacaq. Çünki Azərbaycanın Ermənistana çəkiləcək yol boyunca Qarabağ ermənilərinin yaşadığı ərazidə infrastrukturu təmin etmək öhdəliyi yoxdur. 
 

Bu, Ermənistanın Qarabağ ermənilərinin varlığını təmin etmək üçün başqa bir iqtisadi problemi olacaq. Çünki Ermənistan qazı, işığı, rabitəni Qarabağ ermənilərinin yaşadığı əraziyə gətirəcək infrastruktura malik olmayacaq.


Bu da Paşinyan hökumətinin düşünməli olduğu çox vacib bir məqamdır.

Politoqun fikrincə, Paşinyanın seçimi azdır. Əgər o, Qarabağda ermənilərin varlığının davamını istəyirsə, o zaman Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin