Ərəstun Oruclu “koalision hökumət” ideyasına münasibət bildirdi

Hazırda oxunan: Ərəstun Oruclu “koalision hökumət” ideyasına münasibət bildirdi

36261

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Moderator.az saytına açıqlamasında ADP sədri Sərdar Cəlaloğlunun “koalision hökumət” ideyasına münasibət bildirib. Ə.Oruclu ADP sədrinin bu təklifini məqbul, fəqət reallaşması mümkün olmayan ideya kimi dəyərləndirib: “Sərdar Cəlaloğlunun bu təklifi mümkün variantdır. Təbii ki, bu ideyanın baş tutub-tutmayacağı başqa məsələdir. Amma mən bunu realist hesab eləmirəm. Bugünkü hakimiyyət nə üçün koalision hökumət ideyasını dəstəkləməlidir? Bunun üçün səbəb nədir? Ortada bu cür səbəblər yoxdur. Buna görə də bu təklifin qəbul ediləcəyi inandırıcı görünmür”.

 Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin