Saakaşvili Gürcüstan prezidentinin inauqurasiya mərasiminə dəvət olunub

Hazırda oxunan: Saakaşvili Gürcüstan prezidentinin inauqurasiya mərasiminə dəvət olunub

36253

Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin inauqurasiya mərasiminə sabiq prezident Eduard Şevardnadze və fəaliyyətdə olan dövlət başçısı Mixail Saakaşvili də dəvət olunub.

Moderator.az-ın “Qruziya onlayn”a istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze bildirib. Onun sözlərinə görə, noyabrın 17-də baş tutacaq mərasimə əksər Avropa ölkələrindən olan nümayəndə heyətləri gələcək: “Adətən andiçmə mərasimi parlament binasında keçirilirdi. Lakin bu dəfə çoxlu sayda nümayəndə iştirak etdiyindən biz optimal variant kimi binanın həyətini qəbul etdik. Andiçmə mərasimi həyətdə keçiriləcək”. 

M.Pancikidze bildirib ki, Eduard Şevarnadze və Mixail Saakaşviliyə də inauqurasiya mərasiminə dəvət olunublar. Lakin onlar iştirak edib-etməyəcəkləri ilə bağlı heç bir şey bildirməyiblər.

Xatırladaq ki, dəvətlilər arasında Rusiya nümayəndə heyəti olmayacaq. Buna səbəb isə Gürcüstanın bu ölkə ilə diplomatik münasibətinin olmamasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin