Ermənilərin Qarabağa axını ÇOXALACAQ - “Vəziyyət xeyrimizə o qədər dəyişib ki...”

Hazırda oxunan: Ermənilərin Qarabağa axını ÇOXALACAQ - “Vəziyyət xeyrimizə o qədər dəyişib ki...”

36193

Bir vaxtlar Qarabağda məskunlaşmış ermənilər yenidən ora qayıtmaq üçün cəhd edirlər. Artıq bir erməni ailəsi Qarabağda yaşama hüququ il bağlı Azərbaycana müraciət edib. 4 azyaşlı uşağı ilə Şuşaya qayıtmaq istəyən İzaura Balasanyan Rusiya sərhədçiləri tərəfindən Xankəndidə yerləşən Təhlükəsizlik Xidmətinə təhvil verilib.

Qadın Xankəndidə şəraitsizlik və əsir kimi yaşamaqdansa, Azərbaycan vətəndaşlığını qəbul edib normal güzaran qurmaq istəyini dilə gətirib. Rus sülhməramlılarının vasitəsilə qadın uşaqları ilə birgə Xocalıya köçürülüb və orada evlə təmin olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

121 mindən çox insan Ermənistanı tərk etdi - KÖÇ DALĞASI BAŞLADI 


Qarabağ ermənilərinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına kütləvi axını istisna deyil və bu sayın gələcəkdə artacağı deyilir.

Üstəlik qələbədən sonra Qarabağda sürətlə gedən quruculuq işlərini görən ermənilər ora köçüb, qayğısız və problemsiz yaşamağa can atırlar. Təsadüfi deyil ki, bu günlərdə Xankəndidə yaşayan ermənilər Azərbaycana onları vətəndaşlığa qəbul etmələri üçün müraciət etmişdilər.

Siyasi şərhçi Fikrət Sadıxov Bizim.Media-ya açıqlamasında ermənilərin Qarabağa köçmələri üçün etdikləri müraciətlərin davamının gələcəyi, hətta kütləviləşəcəyini istisna etmir:

“Vəziyyət xeyrimizə o qədər dəyişib ki, Ermənistanın sıravi vətəndaşları da anlayır ki, Azərbaycanda yaşamaq daha sərfəlidir, nəinki yoxsul, bataqlığa düşmüş Ermənistanda...Belə ailələrin sayı çox güman ki, çoxalacaq.

Biz artıq o dinamikanı görürük. Hətta başqa bir ifadələr də səslənir. Ermənistanın siyasi ekspertləri Azərbaycann dövlət başçısını öz ölkə rəhbərləri ilə müqayisə edərək İlham Əliyevi daha təcrübəli siyasətçi kimi nümunə çəkirlər.

Ona görə də sıravi ermənilər Azərbaycan reallığını, xüsusilə Qarabağda gedən quruculuq, infrastruktur və sürətli inkişafı dərk edib öz rifahlarını düşünürlər”.

Politoloq qeyd edib ki, ölkə başçısı İlham Əliyev də dəfələrlə Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etmək şərtilə işğaldan azad olunmuş torpaqlarda yaşamalarına imkan yaradılacağını bəyan edib:
 

“Bu məsələdə bizim mövqeyimiz aydın və şəffaf olmalıdır. Əlbəttə ki, gəlib torpaqlarımızda təxribatlarla məşğul olmaq istəyəcəklərsə, onları rədd etmək və bununla da məsələyə son qoymaq lazımdır. Amma hesab etmirəm ki, bu, baş versin. Çünki yaxşı dərk edirlər ki, Ermənistanda onlar üçün gələcək yoxdur.


Qarabağ erməniləri bu gün qədər nəyə nail ola biliblər, hansı nəticələri əldə ediblər ki? Onlar Qarabağı tərk edib Ermənistana gediblər və daha mürəkkəb vəziyyətə düşüblər”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin