Münaqişə zamanı Ermənistan Hərbi Hava Qüvvələri ilə Hava Hücumundan Müdafiə arasında koordinasiya az idi.
Bizim.Media xəbər verir ki, Rusiyanın “qazeta.ru” saytı 44 günlük savaşı araşdırarkən bu qənaətə gəlib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Şuşan Stepanyanı biabır etdilər - “Qabiliyyətsiz...” - VİDEO
Bundan əlavə mənbənin araşdırması nəticəsində o da məlum olub ki, Ermənistan tərəfi Vətən Müharibəsi dönəmində özlərinin 4 “Su-25” qırıcısını və bir “Mİ-8” helikopterini yalnışlıqla vurublar.
Xatırladaq ki, erməni medyası həmin helikopterin Türkiyə “F-16”-ları tərəfindən vurulduğunu iddia edirdi.
Ümumilikdə isə, Ermənistan ordusunda koordinasiyanın bərbad səviyyədə olmasını nəzərə alsaq, savaşın son günlərində vurulmuş Rusiya “Mİ-24” helikopterinin hansı şəraitdə hədəf alındığı ilə bağlı şübhələrin də xeyli artdığını söyləyə bilərik.
Bizim.Media