İtaliyanın nüfuzlu “il Giornale” qəzetinin və həmin qəzetə bağlı “Insideover” analitik portalının jurnalisti Emanuel Pietrobonun ölkəmizə səfəri ilə bağlı silsilə yazıları davam edir. Bu xüsusda, növbəti məqalə kimi müəllifin “Qarabağ, normal həyata dönməyi ləngidən minalar” sərlövhəli məqaləsi işıq üzü görüb.
Bizim.Media xəbər verir ki, müharibənin rəsmi olaraq noyabrın 9-da son çatmasına baxmayaraq, Cənubi Qafqazın açıq damarında müharibədən sonrakı problemlərin qalmaqda olduğunu deyən müəllif müharibədən qalib çıxmış və regionun lider dövləti olan Azərbaycanda Gəncənin bombalanmasının qoyduğu izlərlə yanaşı, azad edilmiş ərazilərin minalardan təmizlənəsi, bərpası və yenidən qurulması kimi məqsədlərin olduğunu qeyd edib.
E.Pietrobon müharibənin bitməsinə baxmayaraq, minaların partlaması səbəbindən Qarabağda insanların hələ də həlak olduğunu deyir və diqqəti həyatını itirmiş çoxsaylı hərbçilərin, mülki vətəndaşların və jurnalistlərin sayına çəkib.
Müəllif ANAMA-nın minaların təmizlənməsi istiqamətində gördüyü işləri də yüksək qiymətlənidirib.
Bizim.Media