Çingiz Dəmiroğlu: “Qərəz və qisasın əleyhinəyəm”

Hazırda oxunan: Çingiz Dəmiroğlu: “Qərəz və qisasın əleyhinəyəm”

35650

Ötən prezident seçkilərində İlham Əliyevi dəstəkləyərək bununla bağlı xeyli aktivlik sərgiləyən Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu builki seçkilərdə susqunluq nümayiş etdirdi. Bəziləri bunu onun inciməsi və ifadə etdiyi dəstəyə hakimiyyətin əhəmiyyət verməməsiylə izah etdi. Amma Tərəqqi sədri bu iddialarla razılaşmır və hesab edi ki, bir dəfə öz qəralarını veriblər və bu gün də meydanda görünməmələrinin səbəbi inciklik-filan deyil: “Meydanda olub nə edəsiyik ki? Mən meydanda olanda da iqtidarla müxalifətin arasında düşmənçilik olmasına qarşı çıxmışam. Mən millətimi, xalqımı sevən adamam. Siyasi baxışından asılı olmayaraq hamıya hörmətlə yanaşıram, insanlara şəxsiyyətinə və millətə verə biləcəyi fayda pizmasından baxmışam.Mən başqalarından fərqli olaraq iqtidarı dəstəkləyəndə də müxalifətin ünvanına bir kəlmə də olsun pis fikir bildirməmişəm. Məni milli mənafe və milli birlik maraqlandırır. Mən qərəz və qisasın əleyhinəyəm. İstəyirəm ki, nəhayət, bu millət toparlanıb öz problemlərini həll edəcək gücdə olsun.

Çingiz  Dəmiroğlu onu da bildirdi ki, Solmaz Ələsgərova bu günlərdə ACP-dən istefa verdikdən sonra onunla əlaqə saxlamayıb. Xatırladaq ki, keçmiş deputat Solmaz Ələsgərova 2006-cı ildə ADP-dən getdikdən sonra 2008-ci il prezident seçkilərində Tərəqqi Partiyasına transfer etmişdi, sonradan ACP təsis olunanda rəfiqəsi  Zəminə Dünyamalıyeva ilə birlikdə yenidən Rəsul Quliyevin lideri olduğu partiyaya qayıtmışdı. Bir neçə gün öncə isə ACP-dən də birlikdə getdilər. Bəzi iddialar var idi ki, Solmaz Ələsgərova yenidən Tərəqqi Partiyasına qayıdacaq. Ancaq bu iddialar təsdiqini tapmadı.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin