İqbal Ağazadənin yeni müavinləri məlum oldu

Hazırda oxunan: İqbal Ağazadənin yeni müavinləri məlum oldu

35626

Moderator.az-a partiyadan daxil olan məlumata görə, partiya sədrinin imzaladığı sərəncamlara əsasən Məmmədli Nəsimi Əhməd oğlu İcra Aparatının rəhbəri, Quliyeva Könül Fəhrad qızı Ailə, Qadın və Uşaq problemləri , Əliyev Taleh Məhəmməd oğlu Seçki və Təbliğat məsələləri, Muradov Rüfət Habil oğlu Xaricdə Yaşayan Həmvətənlər və Diaspora üzrə sədr müavinləri, Talıbov Rizvan Rəşid oğlu Yerli İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ümid Partiyasının avqustun əvvəlində keçirilən növbəti qurultayından sonra Rəyasət Heyəti partiyanın nizamnaməsinə uyğun olaraq buraxılıb. Qurultaydan dərhal sonra seçkilərə start verilməsi, imza toplama və təbliğat-təşviqat kampaniyasının başlanması səbəbindən sədr müavinlərinin və şöbə müdirlərinin təyinatı seçkidən sonraya saxlanılmışdı.

Yaxın günlərdə digər sədr müavinlərinin təyinatı ilə bağlı da partiya sədrinin yeni sərəncamlar veriləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin