Türkiyə Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

Hazırda oxunan: Türkiyə Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı

3560

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsi ilə bağlı bəyanat yayıb.

Bizim.Media-nın məlumatına görə bəyanatda Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi haqqında qəbul etdiyi qətnamə beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilib.

«Qətnamədə Türkiyəyə dair qeyd olunan əsassız iddiaları isə tamamilə rədd edirik. Fransa Senatının bu qərarı bitərəf olması zəruri olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu günə kimi məsələyə niyə həll yolu tapmadığının, necə tərəf tutduğunun açıq nümunəsidir.

Ermənistanın daha əvvəl Tovuzda, sonra Dağlıq Qarabağda nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə və təxribatlarına Azərbaycan lazımi cavabı verib və təxminən 30 ildir işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib».

Bildirilib ki, Azərbaycanın döyüş meydanında əldə etdiyini nəticə BMT qətnamələrinə söykənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin