“Sülh müqaviləsi bu gün ən çox Ermənistana lazımdır, çünki...” – POLİTOLOQDAN ŞƏRH 

Hazırda oxunan: “Sülh müqaviləsi bu gün ən çox Ermənistana lazımdır, çünki...” – POLİTOLOQDAN ŞƏRH 

35556

“Ermənilər yavaş-yavaş məğlubiyyətlərini boyunlarına almağa başlayıblar. Çünki onların başqa yolu qalmayıb. Onlar qondarma Dağlıq Qarabağın 2 sentyabrda müstəqillik gününü belə qeyd etmədilər. Ermənistan artıq sərhədlərin bölünməsinə hazırdır və müəyyən yumşalmalar gedir. Ermənilərə güzəşt məsələsini Azərbaycan Prezidenti müəyyən edə bilər. Yəni bağlanacaq sülh müqaviləsində əsas hadisələrə diqtə edən və hansısa tələbləri qoyacaq tərəf Azərbaycandır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Üçlüyün arasındakı DÖRDÜNCÜ: - İrəvan zamanı uduzur


Ekspert bildirib ki,Ermənilər çox gözəl başa düşür ki, onların firvanlıqları Rusiyadan deyil, Azərbaycan və Türkiyədən asılıdır. 

“Artıq Türkiyə Ermənistanla sərhədlərin açılması məsələsində razılıq verib. Bundan başqa ermənilər başa düşürlərlər ki, Azərbaycanla sülh sazişi olmasa, həm Ermənistan, həm də Qarabağ ərazisindəki sabitlik müvəqqəti olacaq.

Azərbaycan Qarabağ münaqişəsini həll edib və bu məsələ bitib. Paşinyanı hakimiyyətə gətirən ətrafı və Qərb dövlətləri Ermənistanın tezliklə Rusiyanın siyasi dairəsinin təsirindən çıxmalı olduğunu anlayırlar. Onlar Ermənistanı Rusiyanın siyasi və iqtisadi təsirindən azad etməyə çalışırlar”. 

Politoloq həmçinin qeyd edib ki, Ermənistan çox gözəl başa düşür ki, proseslər bu cür davam etsə Qarabağ ərazisində olan ermənilər oranı tərk edəcəklər. 
 

“Çünki əhalinin oradan Ermənistana keçməsi onlar üçün həm əlavə siyasi, həm  də iqtisadi yükdür. Bütün bunların fonunda Ermənistan bir dövlət kimi məhv olmamaq üçün bu addımları atmalıdır. Ona görə də sülh müqaviləsi bu gün ən çox Ermənistana lazımdır”. 


C.Nuriyev həmçinin vurğulayıb ki, Azərbaycanın ermənilərə verəcəyi ən böyük güzəşt, vətəndaşlığın verilməsidir. 

“Çünki Xankəndi və digər bölgələrdə ciddi iqtisadi problemlər var. Ermənilər üçtərəfli bəyanata görə, Şuşanın bütün ərazisinə Azərbaycan qaçqınlarını qaytarmaq məcburiyyətindədirlər.

O cümlədən keçmiş Ağdərənin bir-neçə kəndlərini geri qaytarmalıdırlar. Bundan başqa Azərbaycanın çəkəcəyi yeni yol hər şeyi bitirmiş olacaq  və ermənilərin Qarabağda qalma ehtimalları sıfra enəcək”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin