Azərbaycanın dövlət müstəqilliyinin bərpasından nə az, nə çox, düz 30 il keçir. Yubiley tarixi həm də işğal altında olan topaqlarımızın azad edilməsi ilə müşayyət edilən Qələbə ilinə təsadüf edir.
Xatırladaq ki, 1991-ci il Azərbaycan Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitutsiya Aktı qəbul edilib.
MÖVZU İLƏ BAĞLI:
"Şuşa Qarabağın tacıdır" – İLHAM ƏLİYEV
Ali Sovetin 360 deputatından 258-i aktın lehinə səs verib. Müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edilib.
Bəs, müstəqilliyimizin yubiley ili necə qeyd ediləcək?
Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, hələ meriyada bununla bağlı hansısa məlumat yoxdur.
Pandemiya şəraiti olduğuna görə, hələ ki, hansı qərarın qəbul ediləcəyi ilə bağlı icraedici orqana məlumat verilməyib. Məlumdur ki, pandemiya şəraitində qərarların qəbulu Nazirlər Kabineti yanında Operativ Qərargaha həvalə edilib.
Operativ Qərargahdan isə sualımız cavablandırılmayıb.
Xatirə, Bizim.Media