“Dağlıq Qarabağ məsələsindən danışaq. Mən Azərbaycana, Azərbaycan ordusu və Azərbaycanın prezidenti İlham Əliyevə heyranam. Mən bunu təmənna güdmədən deyirəm. Çünki onlardan heç nə istəmir, nə də onlarla xüsusi münasibətlərim var. Ona heyranam ki, bu insanlar uzun illər özlərinin olanı qaytarmağa hazırlaşırdılar”.
Bizim.Media xəbər verir ki, bu sözləri ukraynalı jurnalist Dmitri Qordon canlı yayımların birində deyib.
MÖVZU İLƏ BAĞLI:
Dmitri Qordon: "Rusiya dedi ki, biz bu münaqişəyə qarışa bilmərik..." – VİDEO
Jurnalistin sözlərinə görə, zamanı çatanda Azərbaycan Türkiyə və İsrailin dəstəyi ilə özünə aid olanı geri qaytardı. Onun bu sözlərinə aparıcı müdaxilə edərək deyib ki, “necə ki, Rusiya Krımı özünün hesab etdiyinə görə Ukraynadan ayırıb”.
Bu müdaxiləyə cavab verməyən Qordon fikirini ermənilərə də hörmət etdiyi cümləsi ilə davam etdirib:
“Mənim erməni dostlarım kimi, azərbauycanlı dostlarım da var. Məsələ bunda deyil. Xəritədə Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub. Ona görə də Azərbaycan Dağlıq Qarabağın dalınca gələndə Rusiya bəyan etdi ki, Putin dedi ki, biz Azərbaycanın daxilində yaşanan konfliktlərə müdaxilə edə bilmirik”.
Videonu təqdim edirik:
Bizim.Media