Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub. Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq", - məlumatda bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:04 / 03.09.2021
Ermənilərin Şuşa istiqamətində təxribatının qarşısı alındı - İtki verdilər
Hazırda oxunan: Ermənilərin Şuşa istiqamətində təxribatının qarşısı alındı - İtki verdilər
Hazırda oxunan: Ermənilərin Şuşa istiqamətində təxribatının qarşısı alındı - İtki verdilər
0:00
0:00
35351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.