Yaxın günlərdə Azərbaycanda yeni siyasi partiya fəaliyyətə başlayacaq. Moderator.az-ın Avropa.info-ya istinadən məlumatına görə, keçmiş AXCP funksioneri Asəf Quliyevin rəhbərliyi ilə qurulacaq partiya konstruktiv müxalifət mövqeyində olacaq. Bu yaxınlarda AXCP və Milli Şuradan istefa verən Asəf Quliyevin yaradacağı sözügedən partiya yaxın günlərdə elan olunacaq.Artıq partiyanın qurulması yönündə fəaliyyət aparılır.
Qeyd edək ki, keçmiş müxalifət funksioneri istefa verdikdən sonra mətbuata verdiyi qısa açıqlamasında siyasi karyerasına son qoymadığını və seçkilərdən sonra gələcək planları barədə danışacağını bildirmişdi.
Məsələ ilə bağlı Asəf Quliyevdən açıqlama almaq istəsək də, çoxsaylı zənglərimiz cavabsız qaldı.




































































































