Asəf Quliyev yeni partiya yaradır

Hazırda oxunan: Asəf Quliyev yeni partiya yaradır

35350

Yaxın günlərdə Azərbaycanda yeni siyasi partiya fəaliyyətə başlayacaq. Moderator.az-ın Avropa.info-ya istinadən  məlumatına görə, keçmiş AXCP funksioneri  Asəf  Quliyevin  rəhbərliyi ilə qurulacaq  partiya konstruktiv müxalifət mövqeyində olacaq. Bu yaxınlarda AXCP və Milli Şuradan istefa verən Asəf Quliyevin yaradacağı sözügedən partiya yaxın günlərdə elan olunacaq.Artıq partiyanın qurulması yönündə fəaliyyət aparılır.

Qeyd edək ki, keçmiş müxalifət funksioneri istefa verdikdən sonra mətbuata verdiyi qısa açıqlamasında siyasi karyerasına son qoymadığını və seçkilərdən sonra gələcək planları barədə danışacağını bildirmişdi.
Məsələ ilə bağlı Asəf Quliyevdən açıqlama almaq istəsək də, çoxsaylı zənglərimiz cavabsız qaldı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin