İşəgötürənin vəzifələri və məsuliyyəti artırılıb.
Bizim.Media-nın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan işəgötürən müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb ediləcək.
Əvvəl bu məsuliyyətə işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürənlər cəlb olunurdu.
Bu hal aşkar olunduqda tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam veriləcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:55 / 25.11.2020
İşəgötürənin vəzifələri və məsuliyyəti artırıldı
Hazırda oxunan: İşəgötürənin vəzifələri və məsuliyyəti artırıldı
Hazırda oxunan: İşəgötürənin vəzifələri və məsuliyyəti artırıldı
3529
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.