YAP-ın İcra katibi Əli Əhmədov Ədalət Partiyasının sədri İlyas İsmayılovun seçkilərin saxtalaşdırılması ilə bağlı bəyanatına münasibət bildirib. Ə.Əhmədov Ədalət Partiyasının sədrinin bəyanatına obyektiv mövqe nümayiş etdirərək, seçkilərdə yol verilən qüsurları etiraf etmək əvəzinə, günahı başqasının üzərinə qoymağa çalışır. Ədalət Partiyasının sədrinin müavini Mütəllim Rəhimli Moderator.az-a aşıqlamasında YAP-ın İcra Katibinin fikirlərinə münasibət bildirib:. "Seçkilərin nəticələrinə, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxs, o cümlədən, Əli müəllim obyektiv qiymət verməlidir. Kimsənin haqqını tapdamağa, cəmiyyətdə yanlış fikir yaratmağa yönələn addımlara yol verilməməlidir. Bizim əlimizdə təkzibolunmaz faktlar var ki, İlyas müəllim, bir sıra kütləvi informasiya vasitələrində göstərildiyi kimi, əksər dairələrdə 12-17 faiz səs toplayıb. Dairə və məntəqə seçki komissiyalarından aldığımız məlumatların obyektiv analizi də bunu təsdiq edir. Biz gerçəkliyi görənlərdənik, onu siyasi maraqlar naminə qəbul edənlərdən yox. Gerçəklik isə budur ki, torpaqlarımız zəbt olunub, sərvətlərimiz mənimsənilir, hüquqi dövlətin qurulmasına heç başlanılmayıb. Seçkilərdə onsuz da prezident seçiləcək şəxsə yarınmaq üçün, bir dəstə “komanda üzvü” ona ziyan vuran seçki saxtakarlıqları təşkil etmiş və bu gün də ona bəraət qazandırılır. İlyas müəllimi səmimiliyə dəvət edən hörmətli Əli müəllimi öz insani vicdanı qarşısında səmimi olmağı çağırırıq. Cəmiyyət İlyas müəllimi yaxşı tanıyır, o, bütün hərəkətlərində səmimidir və dövləti maraqlarını da, xüsusilə, indiki şəraitdə, hər şeydən üstün tutur, qanun pozuntuları ilə də barışmazdır. Əli müəllim müsahibəsinin sonunda bizi təhdid etməkdən də çəkinmir. Biz bunu ondan gözləmirdik. Biz haqqa, qanuna və Allaha sığınanlardanıq və yolumuz da haqq və ədalət yoludur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.