Beynəlxalq hüquqşünaslar Ermənistanın hərbi cinayətləri barədə hesabat hazırladı - FOTO

Hazırda oxunan: Beynəlxalq hüquqşünaslar Ermənistanın hərbi cinayətləri barədə hesabat hazırladı - FOTO

35169

Britaniyadan olan beynəlxalq hüquqşünaslar İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində dinc əhaliyə qarşı törədilən hərbi cinayətlərlə bağlı müstəqil hesabat hazırlayıblar. 

Bizim.Media xəbər verir ki, Londonda yaşayan həmyerlimiz "BM Morrison Partners" beynəlxalq hüquq firmasının rəhbəri tanınmış azərbaycanlı beynəlxalq hüquqşünas Fərhad Mirzəyevin təşəbbüsü və iştirakı, həmçinin Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə görkəmli beynəlxalq cinayət hüququ üzrə vəkil "9 Bedford Row" vəkillər palatasının nümayəndəsi Steven Kayın başçılıq etdiyi qrup həmin hesabatı hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə çatdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“Sərhəddəki erməni təxribatlarının hədəfi Bakı deyil” – Tofiq Zülfüqarov SİYASİ SİRRİN ÜSTÜN AÇDI


Hesabatda müharibə dövründə 100-ə yaxın mülki şəxsin həlak olması ilə nəticələnmiş hücumlara hərbi və insanlıq əleyhinə cinayətlər kimi qiymət verilir.

100 səhifəlik hesabat Azərbaycanın həmin hücuma məruz qalmış yaşayış məntəqələrinə səfərlərin nəticələrinə və faktların araşdırılmasına əsaslanır, bununla bağlı beynəlxalq cinayət hüququ və beynəlxalq humanitar hüququn müvafiq aspektlərini araşdırır. 

Hesabatda, həmçinin Ermənistan silahlı qüvvələrinin işğal dövründə Füzuli rayonunda törədikləri əməllərə də hüquqi qiymət verilib və onlara qəsdən törədilmiş hərbi cinayət kvalifikasiyası verilir.


Bunun üçün xüsusi bir veb-sayt həsr olunub və orada yerləşdirilən videolarda beynəlxalq ekspertlər tərəfindən bu hesabatın hazırlanmasının məqsədləri haqqında hərtərəfli izahatlar verilir və xarici ekspertlər öz gözləri ilə gördüklərini təsvir edirlər.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin