Yüksək siyasi fəallıqla, demokratik, şəffaf, azad və ədalətli keçən prezident seçkiləri Azərbaycan xalqının müstəqil dövlətçiliyinə olan sadaqətini bir daha nümayiş etdirdi. Xalqımız oktyabrın 9-da kənardan hər hansı bir müdaxilə, təsir və təzyiq olmadan, sərbəst şəkildə öz iradəsini ortaya qoydu və İlham Əliyev xalqımızın mütləq əksəriyyətinin etimadını
qazanaraq prezident seçildi.
Bu, ölkəmizdə keçirilən prerzident
seçkilərini izləyən çoxsaylı
xarici müşahidəçilərin rəylərində də öz təsdiqini tapdı.
Təəssüf ki,
reallığın əksinə olaraq ATƏT-in DTİHB-un
uzunmüddətli müşahidə qrupu və Milli
Şuranın prezidentliyə namizədi Cəmil Həsənli prezident
seşkilərinin gedişinə və yekunlarına ədalətsiz və qərəzli münasibəti özündə ehtiva edən rəylə çıxış etdilər. Konkret
faktlara, sənədlərə əsaslanmayan,
ümümi xarakter daşıyan rəqəm və ifadələrlə bu antiazərbaycan alyansı xalqımızın seçiminə hörmətsizlik göstərərək, onun iradəsini təhqir etməkdən belə çəkinmədilər.
Ana Vətən Partiyası
bir daha oktyabrın 9-da keçirilən prezident
seçkilərinin demokratik, azad, şəffaf və ədalətli
keçirildiyini bəyan edir, antiazərbaycan qüvvələrinin
obyektivlikdən uzaq, qərəzli mövqeyini
pisləyir, bu mövqeyi demokratiyaya qarşı böhtan və hörmətsizlik kimi
qiymətləndirir.































































































