Rasim Balayev: “Biz artıq onların başını əzmişik, son hadisələr birbaşa rusların işidir”

Hazırda oxunan: Rasim Balayev: “Biz artıq onların başını əzmişik, son hadisələr birbaşa rusların işidir”

35022

Bir neçə gün öncə əsgər Ruslan Şirəliyev düşmən tərəfindən yaralanaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilsə də, qarşı tərəf bu olayı təkzib etdi. 

Bizim.Media xəbər verir ki, Xalq artisti Rasim Balayev son hadisələri Rusiya ilə əlaqələndirib: 

"Prezidentimiz demiş, biz artıq onların başını əzmişik. Son baş verən hadisələr birbaşa rusların işidir. Bizim bədbəxtliçiliyimiz əvvəldən rusun üstündə qurulub. Ermənilər də yala gedən millətdirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Rasim Balayev QƏZƏBLƏNDİ – “Bu cür biqeyrətlik olmaz”


Bizim Zəngəzurumuz və digər torpaqlarımızın onlara verilməsində də rusların rolu var. Onlar kim idilər ki, gəlib Qarabağı tutaydılar? Erməniləri ora tuşlayanlar, yön göstərənlər oldu. Bu qədər insanların qırğına verməyin, bütün bədbəxtliyin səbəbkarı ruslardır. Bunlar hamısı Rusiyanın siyasətidir".  

Aktyor baş verənlərdən sonra Ermənistanla sülh şəraitində yaşamağın mümkün olmadığını qeyd edib: 

"Bu qədər oyunlardan sonra ermənilərlə sülh şəraitində yaşamaq mümkün deyil. Bu qətiyyən mümkün deyil. Onlar vəziyyəti elə dərəcəyə gətirdilər ki, bundan sonra birgə yaşayış mümkün olmayacaq. Atalarımızın bir məsəli var: Savaşanda da gərək barışmağa üz qoyasan. Ermənilər bu üzü qoymadılar".(yenisabah) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin