AVP: "Azərbaycan prezident seçkilərinin demokratik keçirilməsinə tam hazırdır"

Hazırda oxunan: AVP: "Azərbaycan prezident seçkilərinin demokratik keçirilməsinə tam hazırdır"

34984

Artıq prezidentliyə  namizədlərin seçki öncəsi keçirdikləri təbliğat-təşviqat kompaniyası başa çatmışdır. Ölkəmizdə seçki təbliğatı üçün bütün namizədlərə bərabər imkanlar yaradılmışdır. Apardığımız müşahidələrə əsasən məlum oldu ki, təbliğat-təşviqat kompaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının namizədi  İlham Əliyevin  təbliğat-təşviqat kompaniyası peşəkar və  mükəmməl şəkildə həyata keçirildi. İlham Əliyevin siyasi komandası ölkənin  bütün    regionlarında, şəhərlərdə, qəsəbələrdə və kəndlərdə seçicilərlə görüşlər keçirdilər. Keçirilən görüşlər seçicilərin siyasi aktivliyilə müşaiyət olundu.

 Təəssüf ki, bu fikirləri digər namizədlər haqqında, soyləmək mümkün deyil. Prezidentliyə namizədlərdən bəzilərinin epizodik olsa da keçirdikləri görüşlər kifayət qədər siyasi fəallıq şəraitində keçirilmədi. Bu tip görüşlər sönük xarakter daşıdı.

 Bəzi namizədlər  təbliğat-təşviqat kompaniyasını sivil və qanunvericiliyin tələb etdiyi səviyyədə aparmadılar. “Demokratik Qüvvələrin Milli Şurası”nın Təşəbbüs qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Cəmil Həsənli keçirdiyi görüşlərdə və teledebatlarda öz platformasını izah etmək əvəzinə, digər prezidentliyə namizəd İlham Əliyevin ünvanına böhtan və təhqiramiz ifadələr işlətdi. Prezidentliyə namizəd Hafiz Hacıyev də teledebatlarda etikadan kənar bir sıra ifadələr və fikirlər səsləndirdi.

Bütövlükdə, seçki kompaniyasının təbliğat-təşviqat mərhələsi beynəlxalq standartlara, Azərbaycan dövlətinin qanunvericilik aktlarının tələblərinə uyğun, qarşıdurma olmadan, sakit atmosferdə başa çatmışdır.

Respublikamız prezident seçkilərinin demokratik, şəffaf və ədalətli keçirilməsinə tam hazırdır. 

Moderator.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin