2021-ci ilin Dövlət Büdcəsi müzakirəyə hazırdır

Hazırda oxunan: 2021-ci ilin Dövlət Büdcəsi müzakirəyə hazırdır

3490

2021-ci ilin dövlət büdcəsinin layihəsi noyabrın sonunda Milli Məclisə təqdim olunacaq .

Bunu Bizim.Media-ya açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib.

Millət vəkili qeyd edir ki, gələn ilin büdcə layihəsinin gecikməsinin səbəbi ölkəmizdə müharibə dövrünü yaşamağımız və pandemiyanın hələ də höküm sürməsilə əlaqədardır. Bundan dolayı görülən işlər çox olduğu üçün layihənin hazırlığı ilə bağlı işlər aparılır.

Büdcə layihəsilə bağlı  özümüzün də təkliflərimiz var:

“Təkliflərimiz ondan ibarətdir ki, ilk növbədə şəhid ailələrinə evlərin verilməsi, müharibədə yaralanan insanların ehtiyaclarının təmin oluması ilə bağlı maliyyə vəsaiti ayrılsın”.

Millət vəkili Vahid Əhmədov əlavə edir ki, işğaldan azad olunmuş ərazilərin təmizlənməsi, əhali üçün müəyyən binaların tikilməsi kimi müxtəlif işlər görüləcək:

“Bunun üçündə əsaslı maliyə vəsaiti lazımdır. İşğaldan azad olunmuş ərazilərdə artıq iqtisadiyyat və Kənd Təsərrüfatı  Nazirliyinin əməkdaşları işləyirlər”.

Vahid Əhmədov gələn dövlət büdcəsinin dəyərində də söz açıb. Deyir ki, 2021-ci ilin bütün xərcləri və gəlirləri müəyyən olunandan sonra büdcəni müəyyən etmək mümkün olacaq:

“Bunu müvafiq dövlət orqanları hesablayırlar. Əlavə vəsaitlər lazım olarsa, Dövlət Neft Fondundan  kömək alına bilər”. 

Gülşanə Mustafayeva, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin