Makronun ikiüzlülü siyasəti ifşa olundu – FOTOFAKT

Hazırda oxunan: Makronun ikiüzlülü siyasəti ifşa olundu – FOTOFAKT

3482

22 noyabr tarixində Fransa prezidenti Emmanuel Makron Fransada Dağlıq Qarabağ üçün maddi dəstək kampaniyası təşkil edən “Hayastan” ümumerməni fondunun şöbəsini ziyarət edib.

“Hayestan” ümumerməni fondu və Artsaxın İnkişafı Fondunun Fransa filialının birgə təşkilatçılığı ilə təşkil olunan xeyriyyə tədbirində iştirak edən Makron könüllülər qarşısında da çıxış edib.

Fransanın Dağlıq Qarabağdan köçməyə məcbur qalan ermənilərə hər cür yardım göstərəcəyini qeyd edən Fransa prezidenti, Dağlıq Qarabağda erməniləri ilə yanaşı Ermənistanın öz vətəndaşlarınında ciddi humanitar yardıma ehtiyacı olduğu vurğulayıb. 

Fondun topladığı yardım kompaniyası əsasında ilk humanitar yardım daşıyan təyarə 22 noyabrda Yerevana səfər edib. 27 noyabrda isə ikinci təyarənin Ermənistana yola salınacağı gözlənilir.

Fransa prezidentinin fondun tədbirində iştirak etməsindən bir neçə gün sonra 24 noyabrda isə “Hayestan” ümumerməni fondu Ermənistan üçün rekord həddə 105 milyon dollar humanitar yardım göstərəcəyini elan edib.

Fond daha əvvəl də Ermənistan və Dağlıq Qarabağdakı ermənilər üçün oxşar yardım kampaniyaları təşkil etmişdi.

Lakin bu kampaniyalar ərzində ən çox yığılan məbləğ bu ilin oktyabr ayı üçün 35 milyon dollar təşkil edirdi. Fransa prezidentinin səfərindən sonra maliyyə həcminin birdən-birə bu qədər artması bir sıra sualları da bərabərində gətirir.

Görüş zamanı digər diqqət çəkən məqam isə kampaniya çərçivəsində “Hayestan” fondu tərəfindən mübahisəli Ermənistan xətirəsinin sərgilənməsidir. Xəritədə Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan dövlətinin tərkib hissəsi olaraq qeyd olunub. Fondun əməkdaşı isə xəritəni Makrona göstərərək ətraflı şəkildə izah edir. 

Ola bilsin ki, Makronun ümumiyyətlə Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycan məxsus olması haqqında hər hansı məlumatı yoxdur. Hətta coğrafiya bilikləri belə o dərəcədə zəifdir ki, ona hansı ölkənin xəritəsini və necə göstərildiyini ayırd edə bilmir.

İstənilən halda Fransa prezidentinin bu cür xəritə qarşısında fotosunun yayılması Azərbaycana və Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat xarakteri daşıyır.

Nəzərə alsaq ki, Fransa Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Minsk qrupunun həmsədr ölkələrindən biridir, o zaman bu xəritənin qarşısında olmaq birbaşa Fransanın mövqeyini ifadə etmirmi? Yoxsa Makron fondun görüşündə Fransa prezidenti kimi yox, adi siravi ermənipərəst fransız kimi iştirak edib?

Xatırladaq ki, bir neçə gün əvvəl Makron verdiyi açıqlamada Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olduğunu qeyd etmişdi. İndi isə Qondarma Ermənistan xəritəsi ilə poz verməsi Makronun iki üzlülüyünün və siyasi zəkadan necə yoxsul olduğunun bir daha sübut edir.

Rəvan Əliyev. Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin