Moderator.az-ın verdiyi xəbərə görə, 04 oktyabr 2013-cü il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansının həmsədrləri Rufiz Qonaqov, Rəfail Becanov və Yadigar Məmmədli 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkisinin uzunmüddətli monitorinqinin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
Alyansın
həmsədri Rufiz Qonaqov çıxış edərək
bildirib ki, Prezident seçkisinin
monitorinqinin ikinci mərhələsi də artıq yekunlaşıb. Bu mərhələ 12 sentyabrdan başlanıb:” Bu mərhələdə 5 regionda
monitorinqlər aparıldı. Ümumilikdə 11 region əhatə olundu. 11 regionda 78
rayonu əhatə etmişik. Monitorinqə ümumilikdə 19 500 nəfər respondent cəl
olunub. Əsas məqsədimiz əhalinin seçki hazırlığını müşahidə etmək, partiyaların
və namizədlərin reytinqini müəyyənləşdirmək, onların hansı partiya və namizədə
inandığının monitorinqinin aparılması olub. “Prezidentliyə namizədlərdən daha çox hansına
inanırsınız” sualına rəyi öyrənilən
respondentlərin 86.46 %-i prezident İlham Əliyevə inandıqlarını bildiriblər. 6.54
% Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, 2.5 % Ümid Partiyasının sədri
İqbal Ağazadəyə, 2.4 % Qüdrət Həsənquliyevə, 0.70% Sərdar Cəlaloğluna, 0.44 % Zahid
Oruca, 0.43% İlyas İsmayılova, 0.53% isə digər namizədlərə inandıqlarını
bildiriblər. “Bu gün seçki keçirilərsə, kimə səs verərdiniz” sualına cavabda
da İlham Əliyev böyük üstünlüklə irəlidədir. Monitorinqə cəlb edilən 19 500 nəfərin
86.46 %-i, yəni 16 860 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib.
Onlardan 6.54%-i, yəni 1276 nəfəri isə Milli Şuranın namizədi Cəmil Həsənliyə,
2.5%, 487.5 nəfər İqbal Ağazadəyə, 2.4 %-i, 467.75 nəfər isə Qüdrət Həsənquliyevə, 2.1%-i, yəni, 408.75 nəfər isə digər namizədlərə
“səs verərdim” deyə cavab verib.
Alyansın
həmsədri Rəfail Becanov bağlı bildirib
ki, namizədlərin reytinqi müəyyənləşdirilən kimi, siyasi partiyaların da yekun reytinqlərinin
öyrənilməsi monitorinqin əsas predmetlərindən biri olub. Siyasi partiyaların azad fəaliyyət imkanlarını ölkədə demokratik şəraitin
mövcudluğu, müasir sivil cəmiyyətin formalaşması, insanların siyasi baxışlarını
azad ifadə etməsinin nümunəsi sayan 91% respondentin fikrincə, bu ölkəmizin
demokratik dəyərlərə sayğısı və Azərbaycanın demokratik inkişaf yolunda
olmasının təzahürüdür. Partiyaların reytinqində də birincilik
YAP-a məxsusdur: ”Partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 16860
nəfəri, yəni 86,46%-i YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu
partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər.
Respondentlərin 2.640 nəfəri, yəni 13.54%-i isə digər partiyaların fəaliyyətini
yüksək qiymətləndiriblər. Bu sırada isə 2.87%-lə AXCP, 2.82 %-lə Müsavat, 1.62
%-lə KXCP, 1,43%-lə ALP, 1.36%-lə Ümid, 1.18%-lə BAXCP qərarlaşıb. 2.26% Ədalət, ASDP, MMP və digət
partiyalar arasında bölünür. Monitorinqin və sorğunun nəticələrindən aydın olur
ki, YAP və onun prezidentliyə namizədi İlham Əliyev sabit elekorata malikdir”
Alyansın həmsədri
Yadigar Məmmədli ölkədəki seçki mühiti
ilə bağlı çıxış etdi: O, bildirdi ki, 11 regionda aparılan monitorinq zamanı hər hansı qanun pozuntusu
aşkarlanmayıb. İmzatoplama kampaniyası, namizədlərin qeydiyyatı kimi seçki təşviqatı
prosesi də özünəməxsus və hər hansı problem müşahidə edilmədən keçirilib. Namizədlərə
seçki təşviqatı ilə bağlı 68 rayon mərkəzində mitinq
və kütləvi tədbirlər keçirilməsi üçün açıq və qapalı yerlər ayrılıb. Pulsuz təşviqat
kampaniyasının aparılmasına, ictimai televiziyada (İTV) və radioada, o cümlədən rəsmi dövlət qəzetləri
olan “Azərbaycan” və “Xalq” qəzetlərində ödənişsiz təşviqat üçün imkan
yaradılıb. Qeyd edək ki, namizədlərə təşviqat üçün yaradılan şərait ekspertlər
tərəfindən də müsbət qiymətləndirlir. Kampaniya dövründə prezidentliyə namizədlər
hər həftə 3 saat İctimai Televiziyanın, 3 saat isə radionun imkanlarından
istufadə edərək, seçicilərə öz fikir və platformalarını çatdıra biliblər. Açıq
havada seçicilərlə görüş keçirmək üçün də imkanlar yaradılıb. İstər Bakı şəhərində,
istərsə regionlarda namizədlər həm açıq havada, həm də qapalı zallarda seçicilərlə
müxtəlif formatlı görüşlər keçiriblər. Keçirilən mitinq və görüşlərdə hər hansı
insident və hüquq-mühafizə orqanlarının müdaxiləsi halları müşahidə edilməyib.
Bu da onu göstərir ki, seçki təşviqatı seçki qanunvericiliyinə uyğun olaraq baş
tutub”.
Daha sonra layihənin icraçı təşkilatlarının rəhbərləri və ekspertləri
çıxış edərək, monitorinqin 2-ci mərhələsinin ayrı-ayrı regionlar üzrə nəticələrini
elan ediblər. “Media və Mülki Cəmiyyət” İB-nin sədri, layihənin eksperti Xanoğlan Əhmədov Ağdaş-Göyçay və Şirvan
bölgəsində monitorinqin nəticələri açıqlayıb: “İki bölgə üzrə 12 rayon əhatə
olunub və 3000 nəfər respondentin rəyi öyrənilib”. Layihənin icraçı təşkilatlarından olan Demokratik
Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Mehriban
Abdullayeva Naxşıvan Muxtar Respublikası və Bakı-Sumqayıt regionu üzrə nəticələri elan edib. O,
bildirib ki, iki bölgədə 19 rayon üzrə monitorinqə 4750 nəfər cəlb edilib. Alyansın
üzvü, layihənin eksperti Nərgiz Nağıyeva
isə Qarabağ və işqal olnumuş rayonlar üzrə məlumat verib: “Biz 7 rayonu əhatə
etmişik. Bu rayonlarda 1750 nəfər respondent monitornqə cəlb olunub”.
Xatırladaq ki, QHT
Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət
Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «2013-cü
il Prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti
institutlarının prosesdə iştirakının təşkili» layihəsini həyata keçirir.
Monitorinqə ümumilikdə 19 500 nəfər respondent cəlb olunub. 11 regionda 78 rayonda
monitorinq aparılıb.
Alyansın
monitorinq hesabatı, namizədlərin və partiyaların yekun reytinq cədvəlləri
Press-relizə əlavə olunur.



































































































