Balkan bölgəsindən İlham Əliyevə dəstək - MÜRACİƏT

Hazırda oxunan: Balkan bölgəsindən İlham Əliyevə dəstək - MÜRACİƏT

34629
Serbiya, Xorvatiya, Rumıniya, Sloveniya, Bosniya və Herseqovina, Monteneqro və Makedoniyada təhsil alan, çalışan və yaşayan bir qrup azərbaycanlı gənc bu il oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı Avropa və dünya Azərbaycan gənclərinə müraciət qəbul edib.

Moderator.az-ın  Media forum-a istinadən  məlumatına görə, müraciətdə deyilir: “Biz ”“ Balkanlarda yaşayan və təhsil alan Azərbaycan gəncləri doğulub boya-başa çatdığımız doğma ölkəmizin müasir müstəqillik tarixinin keçdiyi hərtərəfli inkişaf yolunun canlı şahidləri kimi bu günün önəmini dərk edirik. Çünki qədəm qoyduğumuz növbəti 5 illik yeni çağırışlar və sınaqlar dövrüdür”.

Daha sonra müraciətdə bildirilir ki, Azərbaycan son illərdə öz inkişaf tempini uğurla davam etdirir, dövlət müstəqil xarici siyasət yürüdür, Avropa və Avro-Atlantik strukturlarla etibarlı tərəfdaş kimi çıxış edir, iri strateji regional layihələr həyata keçirir. Ölkədə gənclər siyasətinin dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan müraciət müəlliflərinin fikrincə, Azərbaycanda gənclərlə bağlı həyata keçirilən beynəlxalq tədbirlər, imzalanmış fərmanlar, sərəncamlar, qəbul olunan qərarlar və sənədlər gənclərin gələcək xoşbəxtliyinin təminatıdır.

İlham Əliyevin prezidentliyi dövründə hərbi-müdafiə büdcəsinin artdığını, ordunun peşəkarlıq səviyyəsinin qaldırıldığını, yeni hərbi texnika və avadanlıqlarla təchiz olunduğunu, yerli müdafiə sənayesi sahəsinin istehsalının get-gedə genişləndiyini qeyd edən müraciət müəllifləri tezliklə Qarabağ münaqişəsinin ədalətli həll ediləcəyinə, torpaqların işğaldan qurtulacağına inamlarını da ifadə ediblər. 

Sonda Balkan regionunda yaşayan azərbaycanlı gənclər bu və digər faktorları nəzərə alaraq öz həmvətənlilərini qarşıdan gələn prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin