“Gürcüstan azərbaycanlılarının hətta sovet pasportu ilə gəzənləri də var” – Deputatdan PEYVƏND AÇIQLAMASI

Hazırda oxunan: “Gürcüstan azərbaycanlılarının hətta sovet pasportu ilə gəzənləri də var” – Deputatdan PEYVƏND AÇIQLAMASI

0:00
0:00
34614

Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarının peyvənd olunmasında yaranan problemə görə, Azərbaycan Respublikasının Milli Məclisə müraciət ediblər.

Bizim.Media xəbər verir ki, "Soydaş İctimai Birliyi" tərəfindən olan məktub Milli Məclisin üzvü, Azərbaycan - Gürcüstan parlamentlər arası işçi qrupunun rəhbəri Arzu Nağıyevə ünvanlanıb.

Məsələ ilə bağlı millət vəkili Arzu Nağıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, problemin həlli üçün müvafiq qurumlar tərəfindən xüsusi addımlar atılmalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Saxta peyvənd pasportu olanlar aeroportda tutulacaq – Yeni sistem TƏTBİQ OLUNDU


“İndiyə qədər Gürcüstan vətəndaşlarının vaksinasiyası əvvəl Sumqayıt şəhərinin 2 saylı şəhər poliklinikasında həyata keçirilirdi. Sonradan 1, 2 və 5 il oturum icazəsi olan vətəndaşlar Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə də (Semaşko) peyvənd olunurdular. Düşünürəm ki, sonradan bu xəstəliyin artıma görə dayandırılıb. Bu insanlar kateqoriyaya görə xarici vətəndaş sayılırlar, lakin unutmamalıyıq ki, onlar bizim soydaşlarımızdır. Ona görə də birliyin rəhbəri Kamran Ramazanlı bizə məktubla müraciət etdi. Lakin bu məsələ qanunvericilik səviyyəsində dəyişdiriləcək bir proses deyil”.

Deputat qeyd edib ki, problemin həllinin iki yolu var.

“Buna görə TƏBİB-ə və eyni zamanda Səhiyyə Nazirliyinə müraciət edilməlidir. Lakin bu prosesdə əsas qərar qəbul edəcək qurum Operativ Qərargahdır. Bu səbəblə biz məsələnin həlli üçün Operativ Qərargaha müraciət edəcəyik. Bundan başqa mən Gürcüstanın Azərbaycandakı səfiri ilə də əlaqə saxlamışam və ora da müraciət göndəriləcək”. 

Arzu Nağıyev həmçinin bildirib ki, vaksinasiya ilə problem yaşayan Gürcüstan vətəndaşlarının içində hətta indiyə qədər sovet pasportu ilə yaşayanlar da var.

“Burada söhbət təkcə leqal və qeyri-leqal yaşayanlardan getmir. Orada elə insanlar var ki, hətta hazırda da Azərbaycanda sovet pasportu ilə yaşayırlar. Nə Azərbaycana, nə də Gürcüstanda qeydiyyatları var. Bu səbəblə də xaotik bir vəziyyət yaranıb. Artıq burada problem yaşananda bəziləri vəziyyəti üzərlərində hiss etdikdən sonra lazımi orqanlara müraciət etmək qərarına gəliblər. Bəlkə də bu peyvənd məsələsi olmasaydı çoxu heç bununla bağlı müraciət də etməzdi”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin