“Ən qeyri-adi və təsirli mənzərəyə Ağdamı ziyarət etdiyim zaman şahid oldum”.
Bu sözləri ABŞ-dan olan məşhur bloqer Doq Barnard Bizim.Media-ya müsahibəsində bildirib. Qeyd edək ki, bloqer Azərbaycana səfəri ilə bağlı da öz “İnstagram” səhifəsində maraqlı paylaşımları ilə yadda qalıb.
Müsahibəni tam mətnini sizə təqdim edirik:
- Azərbayacana səfər etmədən öncə ölkə ilə bağlı nə qədər məlumatlı idiniz?
- Azərbaycana səfər etmədən öncə, bölgə ilə bağlı o qədər də məlumatlı deyildim. Yalnız 44 günlük savaş haqqında informasiyam var idi. Ümumilikdə isə, Azərbaycana gəlmədən öncə çox həyəcanlı idim”.
- Azərbaycana getmədən öncəki və səfərsonrası təəssüratlarınız üst-üstə düşdümü?
- Bunu demək çətindir, çünki Azərbaycana gəlmədən öncə ölkəniz haqqında məlumatım az idi. Lakin səfərdən sonra Bakının füsunkarlığı, müasir tikililəri və gözəl arxitekturası məni təəccübləndirdi. Bir çox insanın, xüsusilə də gənclərin ingiliscə bilməsi isə mənim çox xoşuma gəldi. Doğrudur, səfərdən öncə Azərbaycanın digər müsəlman ölkələri kimi mühafizəkar olduğunu düşünürdüm. Buna görə də, şahid olduğum multikulturalizm mənim üçün gözlənilməz oldu”.
- Azərbaycana gerçəkləşdirdiyiniz səfər çərçivəsində sizi ən çox təəccübləndirən nə oldu?
- Ən qeyri-adi və təsirli mənzərəyə Ağdamı ziyarət etdiyim zaman şahid oldum. Xüsusilə də, yerli sakinin (Fəxrəddin Hacıbəyli) 30 ildən sonra Ağdama qayıdaraq öz evini görməsi inanılmaz idi. Artıq Qarabağda start verilən yenidənqurma işləri də möhtəşəm idi. Bildiyim qədərilə artıq Füzulidə də aeroport hazırdır. Digər tərəfdən Azərbaycanın təbiət mənzərələri də füsunkar idi. Xüsusilə də, Qəbələ çox gözəl idi”.
- Səfəriniz çərçivəsində Ağdam və Füzuliyə getdiyinizi söylədiniz. Həmin yerləri görənlər isə oranı Xirosima və Naqasakiyə bənzədirlər. Bəs, həmin acınacaqlı mənzərə sizə necə təəssürat bağışladı?
- Təbii ki, çox üzücü mənzərə idi. Qeyd etdiyiniz yaşayış məskənlərinin bu qədər dağıdılmış olması inanılmaz idi. Ağdam və Füzuli “ruhlar şəhəri”ni xatırladırdı. Dediyiniz kimi, insanların Xirosima bənzətmələrini mən də xatırlayıram. Hətta regiona səfər edən bəzi insanlar burada nə vaxtsa şəhər olduğuna belə inanmırlar. Eyni zamanda bölgədə yenidənqurma işlərini görmək və insanların evlərinə geri dönüşünü təsəvvür etmək çox ümidverici idi.
- Azərbaycanı bir cümlə ilə necə təsvir edərdiniz?
- Kəşf edilməli olan gözəl və sürprizlərlə dolu bir ölkə.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:00 / 29.08.2021
Bloqer Doq Barnard: “Azərbaycanda şahid olduğum multikulturalizm mənim üçün gözlənilməz oldu”
Hazırda oxunan: Bloqer Doq Barnard: “Azərbaycanda şahid olduğum multikulturalizm mənim üçün gözlənilməz oldu”
Hazırda oxunan: Bloqer Doq Barnard: “Azərbaycanda şahid olduğum multikulturalizm mənim üçün gözlənilməz oldu”
34585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.