7 İYULDAN-7 İYULA – Hikmət Babaoğludan 101 illik tarixin MÜQAYİSƏSİ

Hazırda oxunan: 7 İYULDAN-7 İYULA – Hikmət Babaoğludan 101 illik tarixin MÜQAYİSƏSİ

34492

“Azərbaycan Prezidentinin söylədiyi nitq və verdiyi məsajlar isə tarixi strateji müstəvidə olduqca əhəmiyyətli idi”. 

Millət vəkili Hikmət Babaoğlu Prezident İlham Əliyevin avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində söylədiyi nitqi şərh edərkən belə deyib. 

O bildirib ki, Azərbaycan Prezidenti milli yaddaşımıza müraciət edərək əsirlər boyu xalqımıza qarşı necə məkirli siyasətin həyata keçirildiyi kontekstində son 101 ildə baş verən hadisələrin üstündə ayrıca dayandı. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin son çıxışındakı SİYASİ MESAJ: Şərqi Zəngəzur varsa, demək Qərbi Zəngəzur da var


Deputatın Bizim.Media-ya bu məsələ ilə bağlı özəl olaraq ünvanladığı şərhi təqdim edirik:

“İlk dəfə, Dağlıq Qarabağ ifadəsinin işlədilməsindən və tarixi vətənimiz olan Zəngəzurun bölünməsinədək olan məsələlərə toxunaraq qeyd etdi ki, 1920-ci ildə sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra həmin bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar.

1923-cü il iyul ayının 7-də isə  bizim ərazimizdə süni bir qurum, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. 

Hazırkı reallıq isə ondan ibarətdir ki, müzəffər Ali Baş Komandanımız  tərəfindən bu acı gerçəklik dəyişdirildi. Azərbaycan Prezidentinin 7 iyul 2021-ci ildə imzaladığı sərəncamla tarixi ədalət bərpa edildi. Artıq uzun illər siyasi-iqtisadi və diplomatik müstəvidə manipuliyasiya predmetinə, siyasi şantaj vasitəsinə çevirilən “Dağlıq Qarabağ” termini yoxdur. Azərbaycan ərazisində dağı və aranı ilə bütöv olan vahid Qarabağ iqtisadi rayonu və Qarabağ mahalı var. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonu var. Bu isə o deməkdi ki, Zəngəzurun Qərbi ermənilərin nəzarətindədir. 

İndi aranlı-dağlı Qarabağı vahid gördüyümüz kimi gələcəkdə şərqli-qərbli Zəngəzuru da vahid, bütöv görəcəyik.
 

Hazırkı tarixi mərhələdə isə Qarabağı və Şərqi Zəngəzuru Azərbaycan Prezidenti İlham Əliyev sözün həqiqi mənasında cənnətə çevirməkdədir.


Hər iki iqtisadi rayonda görülən böyük logistika və kommunikasiya işləri, yol–nəqliyyat və enerji kommunikasiyaları ən qısa zamanda bu torpaqlarımızda olan iqtisadi potensialın milli iqtisadiyyatımıza qazandırılması ilə nəticələnəcək. Buna paralel olaraq məcburi köçkün olan vətəndaşlarımız öz ana yurdlarına qayıdacaq. İllərdir həsrətilə yaşadığımız  Böyük Qayıdış arzusu reallığa çevriləcək”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin