"Mərkəzi Asiyaya çıxış üçün yeganə koridor Gəncə Dəhlizidir" – ABŞ rəsmisi

Hazırda oxunan: "Mərkəzi Asiyaya çıxış üçün yeganə koridor Gəncə Dəhlizidir" – ABŞ rəsmisi

0:00
0:00
34452

ABŞ-ın nüfuzlu “Heritage” Fondunun Xarici Əlaqələr üzrə direktoru Luke Coffey Əfqanıstanda cərəyan etmiş sonuncu hadisələr fonunda "Twitter" sosial media platformasındakı hesabından Azərbaycanla bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, paylaşımda Luke Coffey, NATO və ABŞ-ın Əfqanıstandan çəkilməsi nəticəsində Azərbaycan və Gəncə Dəhlizinin əhəmiyyətinin bir daha ortaya çıxdığını ifadə edib.

Belə ki, Əfqanıstan və Mərkəzi Asiya regionuna çıxış üçün Rusiya və İrandan keçməyən strateji əhəmiyyətə malik yeganə koridorun Azərbaycan və Gəncə Dəhlizi olduğunu vurğulayıb.

"NATO-nun bu iki C–17 nəhəng yük təyyarəsinin Rusiya və İran hava məkanından yan keçməsi üçün yalnız bir seçimi var idi: Azərbaycan və Gəncə Dəhlizi (Avrasiya quru ərazisindəki ən strateji yerlərdən biri)", - paylaşımda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin