“İnsanlarda ləyaqət, intellekt və mehribanlıq kimi 3 vacib keyfiyyəti xüsusi olaraq dəyərləndirən ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva özü həmin uca insani dəyərlərin daşıyıcısı olaraq ölkə və beynəlxalq ictimai fikirdə olduqca yüksək reytinqə malikdir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər millət vəkili Elman Nəsirovun Birinci vitse-prezident Mehriban Əliyeva haqqında qələmə aldığı yazının əvvəlində qeyd olunur.
MÖVZU İLƏ BAĞLI:
Xeyirxahlığa həsr olunmuş ömür – Mehriban xanım Əliyeva
Yazıdan bir hissəni təqdim edirik:
“Bilirsiniz, düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli-bəli, prinsipial-bəli, iradəli-bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar”,-deyən Mehriban xanım Əliyeva öz çoxtərəfli fəaliiyyəti ilə üzərinə düşən olduqca mühüm vəzifələrin öhdəsindən məhz böyük məsuliyyəti, prinsipiallığı və iradəsi hesabına layiqincə gəlir.
Heç şübhəsiz, sadalalan keyfiyyətlər ilə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Bunlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır”.
Deputatın yazısında Mehriban Əliyeva haqqında Prezident İlham Əliyevin də fikirlərinə yer verilib:
“Prezidentimiz İlham Əliyev vurğulamışdır ki, “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır.”
Elman Nəsirovun yazısının orijinal variantı linkdədir:
Mehriban Əliyeva fenomeni: Ləyaqət, intellekt və mehribanlığın vahid simfoniyası (yap.org.az)
Bizim.Media