YAP Cəmil Həsənli haqqında şok sənədlər açıqlayacağını deyir

Hazırda oxunan: YAP Cəmil Həsənli haqqında şok sənədlər açıqlayacağını deyir

34306
Bu gün İctimai Televiziyanın efirində prezidentliyə namizədlər üçün ayrılmış pulsuz efir vaxtı çərçivəsində təşkil ediləcək debatda iştirak edəcək prezidentliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mülkləri ilə bağlı sensasion siyahı açıqlamağa hazırlaşır. 

Moderator.az  məlumat verib ki, bu barədə AzNews.az-a YAP icra katibinin müavini, prezidentliyə namizəd İlham Əliyevin Mərkəzi Seçki Komissiyasındakı səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov deyib. Xatırladaq ki, S.Novruzov ötən həftənin şənbə günü İTV-nin efirində keçirilən debatdakı çıxışında bildirmişdi ki, növbəti debatda C.Həsənlinin mülkləri ilə bağlı siyahı açıqlayacaqlar. 

S.Novruzov bildirib ki, bu gün C.Həsənlinin MSK-ya təqdim etdiyi mülk və gəlirlərlə bağlı mətbuatda dərc olunan siyahı ilə də tanışdır, ancaq onların açıqlayacağı siyahı daha genişdir: “Biz o siyahı ilə tanışıq. Ancaq bu gün debatda açıqlayacağımız siyahı orada qeyd olunanlardan çox genişdir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin