Xəbər verdiyimiz kimi Türkiyənin Baş Naziri Rəcəp Tayyib Ərdoğan mətbuata verdiyi son açıqlamasında ölkəsinin suriyalı qaçqınlara bu günə kimi 2 milyard dollar yardım etdiyini deyib. Maraqlıdır Türkiyənin Suriyaya bu qədər vəsait ayırmasına səbəb nədir?
Mövzu ilə əlaqədar olaraq Moderator.az-ın sualını
cavablandıran politoloq Natiq Miri Türkiyə hökumətinin bu addımını insanlıq
naminə atdığı addım hesab etdi:
“Suriyadan qaçan qaçqınlar Türkiyəni özlərinin 2-ci
vətəni hesab edib, son ümid yeri kimi bu ölkəyə sığınır. Həmçinin bu yardım
Türkiyənin təhlükəsizliyi baxımından da önəmli addımdır. Türkiyə iqtidarının bu
addımı BMT-yə bir örnək, ibrət dərsi olmalıdır”.
































































































