DADP İlham Əliyevi dəstəkləyir - BƏYANAT

Hazırda oxunan: DADP İlham Əliyevi dəstəkləyir - BƏYANAT

34203

 

Azərbaycan seçicilərini indi populist çıxışlara, şüarlara, ucuz vədlərə inandırmaq mümkün deyil. Moderator.az-ın verdiyi xəbərə görə,bu fikir Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma Əliyevanın bugünkü bəyanatında əksini tapıb. 

Bəyanatda deyilir ki, ölkə rəhbərliyi tərəfindən görülmüş işlər göz önündədir: “Bunlara kölgə salmağa çalışanlar öz daxilindən parçalanma və partiyaları tərketmə prosesini sürətləndirirlər. Bu gün prosesləri ümumiləşmiş halda təsəvvür etsək, görərik ki, müxalifətin həmişə təbliğ etdiyi və ictimai fikirdə hallandırdığı birliyi əslində yoxdur. Öz aralarında qarşıdurmalar, narahatçılıq seçkilərə qatılmaqda problemlər yaşanmaqdadır.

Bütün seçkilərdə, o cümlədən, qarşıdan gələn prezident seçkisində də müxalifət sağlam rəqabətdən çəkinirlər. Ölkəmizdə demokratik mühit formalaşıb və inkişaf edib. Əgər belə olmasaydı, müxtəlif siyasi partiyalardan, elm və ictimai xadimlər, müstəqil fəaliyyət göstərən bu qədər insanlar ölkəni idarə edən rəhbər posta - prezident seçkilərində öz namizədliyini irəli sürməzdi.

Amma buna baxmayaraq, yenə də elə qüvvələr var ki, onlar Azərbaycanın demokratik imicinə xələl gətirmək istəyirlər. Xalqımız bu cür pozuculuq hərəkətləri milli mənafelərə qarşı yönəlmiş zərbə hesab edir”.

Bəyanatda həmçinin bildirilir ki, MSK tərəfindən namizədliyi təsdiq olunan namizədlərin imzatoplama kampaniyasına maneçilik törədilməyib: “Bu bir daha təsdiq edir ki, Azərbaycan hakimiyyəti hər bir namizədin reputasiyasının, ambisiyasının reallaşması üçün şəffaf mühit yaradıb...  Partiyamız da  prezident seçkilərində dəstəkləyəcəyimiz namizədə- ölkə Prezidenti İlham Əliyevə səs verməyə təşkilat işləri yüksək səviyyədə həyata keçirmək üçün qüvvələrini birləşdirib və qanunvericilik çərçivəsində fəaliyyət göstəririk.

Hər şeydən əvvəl seçki zamanı üzvlərimizin siyasi fəallığını gücləndirməyə, bütün üzvlərimizi bir araya toplamağa, ayrı-ayrı bölgələrdə, ən uzaq yaşayış məntəqələrində yaşayanlarla belə əlaqələr yaratmağa, onların 9 oktyabr prezident seçkilərində layiqli namizədimizə səs verməsinin yüksək səviyyədə təmin olunmasına çalışacağıq”. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin