Fərhad Hacıyev İslam ölkələri gənclərindən nə istədi? – ÖZƏL 

Hazırda oxunan: Fərhad Hacıyev İslam ölkələri gənclərindən nə istədi? – ÖZƏL 

34167

“Gənclərimiz işğaldan azad olunan yurdlarına qayıdaraq, dağıdılmış infrastrukturu yenidən bərpa etməyə hazırlaşır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan gənclər və idman nazirinin müavini Fərhad Hacıyev İslam Əməkdaşlıq Təşkilatının Gənclər Formunun 4-cü Baş Assambleyası toplantısında çıxışı zamanı deyib.

Belə ki, Türkiyənin İstanbul şəhərində keçirilən konfransda nazir müavini Azərbaycanda gənclərə yaradılan şərait və dövlətin gənclər siyasətindən danışıb. Fərhad Hacıyev konfrans iştirakçıları olan ölkələrə səslənərək gənclərə diqqət ayrılmasının vacibliyini də qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan İslam ölkələri gənclərinə müraciət etdi - İSTANBULDAN ÖZƏL 


Nazir müavini ermənilərin Qarabağda törətdikləri vandalizm haqqında da İslam ölkələrinin nümayəndələrinə məlumat verib:

“Biz keçən il işğal edilmiş ərazilərimizi azad etdik. Tarixi torpaqlarımız 30 il idi ki erməni tapdağı altında idi. Onlar işğal dövründə məscidlərimizdən donuz saxlamaq üçün ferma kimi, eyni zamanda hərbi məqsədlər üçün də istifadə ediblər. İndi isə, gənclərimiz azad edilmiş yurdlarına qayıdaraq, dağıdılmış infrastrukturu yenidən bərpa etməyə hazırlaşırlar”.

Bundan əlavə, Fərhad Hacıyev çıxışı zamanı pandemiyanın gənclərin həyat və fəaliyyətlərinə mənfi təsirini də təəssüflə qeyd edərək, bu çətin günlərdə İslam ölkələrinin gənc nəsil üçün əməkdaşlıq səylərini artırmasının vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Konfrans isə işini sabah da davam etdirəcək.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin