Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahı qanunvericiliyə uyğun olaraq, 9 oktyabr Prezident seçkiləri ilə bağlı təbliğat ”“ təşviqat kampaniyasını uğurla davam etdirir. Gəncə şəhərinin Aydınbəyov küçəsində yerləşən 57 saylı binanın qarşısındakı məhəllədə seçicilərlə növbəti təbliğat ”“ təşviqat görüşü keçirildi. Seçicilər bu görüşə cənab İlham Əliyevin portretləri, bayraqlarla, üzərində “Sabitliyə, demokratiyaya, tərəqqiyə səs verək!”, “Qətiyyətli Prezident ”“ güclü Azərbaycan!”, “İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir!” sözləri yazılmış plakatlarla gəldilər. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, şəhər Təşkilatı İdarə Heyəti və Şura üzvləri, təbliğat ”“ təşviqat qrupunun üzvləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri və 7 mindən çox seçici iştirak etdi.
Bu gün Gəncənin tarixində ən əlamətdar və məsul hadisə yaşanır. Gəncəlilər hər zaman diqqət və qayğısını öz üzərlərində hiss etdikləri ölkə başçısı cənab İlham Əliyevin növbəti 5 ildə də Azərbaycan Respublikasına Prezident seçilməsi üçün axın ”“ axın görüş yerlərinə gələrək, arzu və istəklərini, həm ölkəmizin, həm də doğma Gəncəmizin inkişafına səs verəcəklərini bildirirlər.
Son illərdə sürətli tərəqqini insanların rifahının yaxşılaşmasında, qüdrətli iqtisadi inkişafda, yeni ”“ yeni iqtisadi və sosial layihələrin həyata keçirilməsində, paytaxtda və bölgələrdə genişmiqyaslı tikinti ”“ abadlıq işlərinin aparılmasında görmək mümkündür. Yeni yaranan sənaye, aqrar və xidmət müəssisələri, göydələnlər, nəhəng körpülər, müasir yollar, elm, təhsil, sağlamlıq, o cümlədən idman təsisatları, ölkənin bugünkü iqtisadi imkanlarının təzahürü olaraq, gələcəyin uzunmüddətli inkişafına yönəldilir. Bugünkü Azərbaycan getdikcə qüdrətlənir və daha parlaq gələcəyin bünövrəsini qoyur.
Azərbaycan dövlətinin müstəqilliyinin son 10 ildə möhkəmlənməsinin ən mühüm zəmini ulu öndərin varisi Prezident cənab İlham Əliyevin təfəkkürü, düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəldilməsidir.
Bu yaxınlarda Flippinin məşhur “BizNewsAsia” jurnalı cənab İlham Əliyevi “İlin adamı” elan edərək, onun rəhbərlik illərini “Azərbaycanın qızıl erası” adlandırmış və dövlət başçısının istedadını və rəhbərlik bacarığını xüsusi qeyd etmişdir. Cənab İlham Əliyevin düşünülmüş “Azərbaycan modeli” artıq dünyada “Azərbaycan möcüzəsi” kimi tanınır və uğurla həyata keçirilir. Son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artaraq, hazırda müasir infrastruktur və çoxşaxəliliyi ilə səciyyələnir. Dövlət büdcəsi 2003 ”“ cü ildə 1,5 milyarddollar həcmində idisə, 2013 ”“ cü ildə bu rəqəm 25 milyarddollara çatdırıldı. Bu isə təxminən 19 dəfə artım deməkdir. Həmin dövrdə 1 milyondan artıq yeni iş yerləri açılaraq, işsizlik səviyyəsi 5,1 faizə salındı, bütövlükdə iqtisadiyyatımıza 140 milyarddollar həcmində sərmayə qoyuldu və ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötdü. Bu isə ÜDM ”“ nin70 faizini təşkil edir, siyasi və iqtisadi sabitliyə zəmin yaradır. Bununla yanaşı, məcburi köçkünlərin bütün çadır şəhərcikləri ləğv olunub, 77 müasir qəsəbə salınaraq, 100 minlərlə məcburi köçkünlərinin mənzil ”“ məişət şəraiti yaxşılaşdırılıb. 2012 ”“ ci ildə 20 min köçkün yeni, müasir evlərə köçürülüb, 2013 ”“ cü ildə daha 20 minnəfərin mənzil problemi həll ediləcək. Ölkənin enerji, hərbi təhlükəsizliyi təmin edilib.
Azərbaycanın qüdrətli inkişafını görmək üçün bu gün respublikanın ən gözəl, abad, müasir şəhəri olan Gəncənin qürurverici mənzərəsinə baxmaq kifayətdir.
Əldə olunan yüksək göstəricilər Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin doğma xalqımıza, milli maraqlarımıza misilsiz xidmətlərinin, yorulmaz fəaliyyətinin bəhrələridir. Bütün gəncəlilər “Azərbaycanın qızıl erası” nındavamlılığına səs verəcək, ulu öndər Heydər Əliyev kursuna sədaqətli olduqlarını 9 oktyabr Prezident seçkilərində qələbə qazanmaqla bir daha sübüt etmiş olacaqlar.
“Yaşasın cənab İlham Əliyevin rəhbərliyi ilə zirvələr fəth edən müstəqil Azərbaycan!”, “Eşq olsun, bizi qələbələrdən qələbələrə aparan Yeni Azərbaycan Partiyasına!” - seçicilərin böyük izdihamı qarşısında çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin insanların yüksək əhval ”“ ruhiyyəsinin, coşqusunun və razılığının ifadəsi olaraq, bu sözləri kütlə tərəfindən gur alqış sədaları ilə qarşılandı.
Sonra təbliğat ”“ təşviqat qrupunun üzvlərindən YAP Gəncə şəhər Təşkilatının sədr müavinləri AMEA ”“ nın Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, ADAU ”“ nun rektoru İbrahim Cəfərov, YAP Gəncə şəhər Təşkilatının Şura üzvü, ADAU ”“ nun prorektoru Anar Hətəmov, YAP Gəncə şəhər Təşkilatı İdarə Heyətinin üzvü, AzTU ”“ nun dosenti Hüseyn Budaqov, YAP Gəncə şəhər Təşkilatının şura üzvü Elnur Həsənov çıxış edərək bildirdilər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə sadiq qalan cənab İlham Əliyev respublikanı dünya miqyasında şöhrət qazanan müasir dövlət səviyyəsinə qaldırdı. Zamanın tələbini, insanların istəklərini yüksək intellekti, siyasi hazırlığı, qətiyyəti, uğurlu diplomatiyası, xalqına olan bitib tükənməz məhəbbəti ilə cənab İlham Əliyev Azərbaycan Prezidentliyinə alternativi olmayan namizəddir. Bizim seçimimiz bəllidir: “İlhamlı sabahımıza İlhamla irəli!
Biz sözümüzü imza toplama mərhələsində də demişik və yenə də deyirik: “Siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşıdır”, “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” - söyləyən cənab İlham Əliyevə səs verəcəyik! Ölkəmizdə müstəqilliyə, daimi inkişafa, xoşbəxt gələcəyə səs verəcəyik! Biz sevimli rəhbərimizlə həmişə birlikdəyik və birlikdə olmaq istəyirik. - SeçicilərdənSabir Rüstəmov, İmamverdi Məmmədov və başqaları bu fikirləri səsləndirərək, qərarlarında, seçimlərində qətiyyətli olduqlarını bildirdilər.
Təbliğat ”“ təşviqat görüşü Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanlanan möhtəşəm şüarların səslənməsi ilə yekunlaşdı.































































































