ABŞ-da qalmaqallı prezident seçkilərinin yekun nəticələrinin elan olunmamasına baxmayaraq, Demokratlar partiyasından olan namizəd Co Bayden artıq öz komandasında əsas təyinatları etdiyi barədə xəbərlər yayılıb.
ABŞ mediasında dolaşan məlumatlara görə, Entoni Blinkin gələcəkdə ölkənin xarici siyasət şöbəsinə başçılıq edəcək.
Bizim.Media “eadaily.com”a istinadən xəbər verir ki, Baydenin Baş qərargah rəisi Ron Klein, nazirlər kabinetində ilk təyinatların çərşənbə axşamı olacağını deyib.
“Bloomberg”in əldə etdiyi məxvi məlumatlara görə, ilk namizəd Obama administrasiyasında Baydenin milli təhlükəsizlik müşaviri vəzifəsində çalışmış, gələcək Dövlət katibi Blinkin olacaq.
Blinkin eyni zamanda Obama administrasiyasında Milli Təhlükəsizlik müşavirinin müavini və Dövlət Katibinin müavini vəzifələrində çalışıb.
“Bloomberg” ayrıca, Dövlət katibi Hillari Klintonun keçmiş baş köməkçisi Cek Sallivanın milli təhlükəsizlik müşaviri təyin olunacağı barədə də məlumat yayıb.
Bundan başqa diplomat Linda Tomas Qrinfildin ABŞ-ın BMT-dəki səfiri təyin ediləcəyi gözlənilir.
Nəşrin digər məlumatına görə, Milli kəşfiyyat idarəsinin başçısı Avril Haines olacaq. Daxili təhlükəsizlik katibi vəzifəsi isə Alexandro Mayorkasa həvalə ediləcək.
Yeni komanda da Barak Obamanın hakimiyyəti dövründə dövlət katibi çalışmış Con Kerrinin də adı var. Yayılan məlumatlara görə, o, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi kimi çalışacaq.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:12 / 24.11.2020
ABŞ-ın yeni hökumətində kimlər təmsil olunacaq - SİYAHI
Hazırda oxunan: ABŞ-ın yeni hökumətində kimlər təmsil olunacaq - SİYAHI
Hazırda oxunan: ABŞ-ın yeni hökumətində kimlər təmsil olunacaq - SİYAHI
3402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.