Dünyanın ən gənc siyasi məhbusu Azərbaycandadır - Ad günü

Hazırda oxunan: Dünyanın ən gənc siyasi məhbusu Azərbaycandadır - Ad günü

33872

Bu gün dünyanın ən gənc siyasi məhbusu, NİDA Vətəndaş Hərəkatının üzvü Şahin Novruzlunun doğum günüdür.

Bu məlumatı Moderator.az-a  “NİDA”nın mətbuat xidmətindən verilib.

Məlumata görə, sentyabrın 16-da Şahin Novruzlunun 18 yaşı tamam olur. Bu münasibətlə dostları və fəal gənclər Şahinin ad günün təbrik etmək üçün sosial şəbəkələrdə ona kütləvi dəstək məlumatları yayırlar. Gənclər, aktivistlər, partiyalar, beynəlxalq təşkilatlar dünyanın ən gənc siyasi məhbusu olan Şahin Novruzlunun dərhal azadlığa buraxılmasını tələb edirlər. Lakin Azərbaycan hakimiyyəti Şahin Novruzlunu hələ də həbsdə saxlamağa davam edir və beynəlxalq təşkilatların, ictimaiyyətin, diplomatların təpkisinə reaksiya vermir.

Şahin Novruzlunun adı təşkilatların hesabatlarına dünyanın ən gənc siyasi məhbusu kimi düşüb.

Qeyd edək ki, Novruzlu Şahin İbrahim oğlu 16 sentyabr, 1995-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda alıb. 2012-ci ildən həbs edilənədək Odlar Yurdu Universitetinin maliyyə fakültəsində təhsil alırdı.

2013-cü ilin fevralında NİDA Vətəndaş Hərəkatına qoşulub. 7 mart, 2013-cü il tarixində MTN əməkdaşları tərəfindən küçədə saxlanaraq yaşadığı evə aparılıb, evdən narkotik maddə və “Molotov kokteyli” “tapılıb”, bu ittihamla həbs edilib. O və NİDA-nın bir neçə üzvü aksiyalar zamanı kütləvi iğtişaş törətməkdə ittiham olunurlar. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin