Namizəd Səfərov: “Qurban Məmmədovu girov saxlayırlar”

Hazırda oxunan: Namizəd Səfərov: “Qurban Məmmədovu girov saxlayırlar”

33864



"Azərbaycan Respublikası Konstitusiya  Məhkəməsinin qərarına görə, əgər müttəhimə verilən cəza müddəti başa çatıbsa onun həbsdə qalması qanunsuzluqdur. Məhkəmə ya qərar verib Qurban Məmmədovun həbs müddətini uzatmalı, ya da işi ittiham müddəti dövründə yekunlaşdırmalı idi. Lakin biz  görürük ki, bunların heç biri baş verməyib və Qurban Məmmədov qanunsuz olaraq həbsdə saxlanılır. Bu gün Qurban bəy faktiki olaraq girovdur."

Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış hüquqşünas Namizəd Səfərov Qurban Məmmədovun qanunsuz olaraq həbsdə saxlanılmasına münasibət bildirərkən deyib.

Qeyd edək ki tanınmış vəkil  Qurban Məmmədov Nəsimi rayon məhkəməsinin 4iyun 2013-cü il qərarına əsasən həbs olunub və hal-hazırda Bakı İstibtaq Təcridxanasında saxlanılmaqdadır.

Xatırladaq ki, Qurban Məmmədov qanunsuz olaraq həbsdə saxlanılması ilə bağlı ombudsman Elmira Süleymanovaya müraciət edərək onu təcridxanaya dəvət edib, dərhal azad olunması üçün səlahiyyətlərindən istifadə etməyə çağırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin