Açıq Cəmiyyət partiyasının lideri Rəsul Quliyevin Milli Şuranı fəaliyyətsizlikdə ittiham etməsinə Müsavat başqanının müavini Gülağa Aslanlı cavab verib. G.Aslanlı ANS PRESS-ə açıqlamasında bildirib ki, Rəsul Quliyev ya Milli Şuranın fəaliyyətindən və namizədi Cəmil Həsənlidən xəbərsizdir, ya da hakimiyyətə xidmət edir”.
Rəsul Quliyevin yenə də öz ampluasından çıxış etdiyini deyən G.Aslanlı qeyd edib ki, R.Quliyev Milli Şuranın üzvü olsa da, heç vaxt o və nümayəndələri partiyanın iclaslarında iştirak etməyiblər. Onun əvvəlcədən bir fikri vardı ki, ya özü, ya da İlham Əliyev prezident olmalıdır. Amma prezidentliyə namizəd olmayandan sonra onun əsil məqsədinin nə olduğunu görmək mümkün oldu”.



































































































