Azay Quliyevə daha bir vəzifə verildi

Hazırda oxunan: Azay Quliyevə daha bir vəzifə verildi

33607

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun prezidenti Marqareta Sederfelt tərəfindən ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi təyin olunub.

Bizim.Media xəbər verir ki, ATƏT PA-nın rəsmi saytında verilən məlumata əsasən xüsusi nümayəndə bir sıra mühüm səlahiyyətlərə malikdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azay Quliyev müşahidə şurasının sədri seçildi


Bunlardan Cənubi-Şərqi Avropa ölkələrində siyasi və seçki proseslərini, dövlət quruculuğu, regional əməkdaşlıq, bölgə ölkələrinin müəyyən etdiyi xarici siyasət prioritetlərinin təkamülü də daxil olmaqla bölgədəki əsas siyasi və digər hadisələrin monitorinqini qeyd etmək olar. 

Xüsusi nümayəndə Qərbi Balkanlar da daxil olmaqla, regional əməkdaşlıq proseslərini inkişaf etdirmək üçün parlament səviyyəsində əməkdaşlığa xüsusi yer ayırmalı, regional dialoqun inkişafına töhfə verməlidir.


Bu mandata ATƏT-in Sahə Əməliyyatlarının dəstəklənməsi, ATƏT-lə ATƏT PA arasında fəaliyyətin əlaqələndirilməsi də daxildir.

Azay Quliyev Cənub-Şərqi Avropada miqrasiya və terrorizmlə mübarizə sahəsində ATƏT institutları ilə Assambleyanın komitələri arasında kommunikasiyanın qurulmasına da köməklik edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin