“Lavrovun və başqalarının Qarabağda humanitar ad altında mülki idarəetməyə müdaxiləsi tamamilə qanunsuz məsələlərdir. Laçın dəhlizindən istifadə edirlər, amma Zəngəzur dəhlizi indiyə qədər işlək vəziyyətdə deyil və buna mane olurlar. Azərbaycan Prezidenti qəti şəkildə bildirəndə ki, bu məsələ həllini tapmalıdır, onlar bunu yenidən müzakirə etməyə başladılar”.
Bizim.Media xəbər verir ki, bu sözləri eks deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev canlı yayımların birində səsləndirib.
Partiya sədri xatırladın ki, öhdəlik könüllü olmur:
“Ermənistanın imzaladığı bir kapitulyasiya aktıdır. Məğlub olubdur, Rusiya isə orbiterlik edib – biz istəsək də, istəməsək də situativ şəraitdən asılı olaraq. Və bu göstərilən bəndlər könüllülük prinsipi daşımır. Sən buna əməl eləməlisən. Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürmüsən. Açmayasaqsansa, başqa cür açacağıq. Bu protokola söykəndiyimiz məsələdir. Amma başqa ciddi məqamlar da var”.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın Qarabağda törətdiyi 6 EKOLOJİ TERROR – Zəhərlənən Oxçuçay, baltalanan Bəsitçay
Fərəc Quliyev Meğri məsələsinə də toxunub. Mövzunu Naxçıvanla bağlayan siyasətçi Türkiyənin müdaxilə imkanlarından da bəhs edib.
Eks deputatın digər ciddi məsələlər barədə dediklərini daha ətraflı videodan izləyə bilərsiniz:
Bizim.Media