Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət arasında görüş keçiriləcək.
Bu barədə "aznews"a ALP-nın sədri Əvəz Temirxan məlumat verib. O bildirib ki, belə bir görüşlə bağlı təklif C.Həsənlidən gəlib:“Dünən bu barədə Cəmil müəllimlə telefonda danışdım. Lalə xanım da məsələdən xəbərdardır”. Ə.Temirxan onu da qeyd edib ki, görüş gələn həftə içərisində baş tutacaq.
Xatırladaq ki, L.Şövkət Milli Şuradan ayrılaraq, oradakı təmsilçiliyini başqa şəxsə vermək istəyir. O, dünən mətbuata açıqlamasında Milli Şura və bu qurumun üzvləri haqqında bir sıra ağır ittihamlar səsləndirib.




































































































