Britaniyalı siyasətçi işğaldan azad edilən ərazilərdəki dağıntılardan danışdı 

Hazırda oxunan: Britaniyalı siyasətçi işğaldan azad edilən ərazilərdəki dağıntılardan danışdı 

33400

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Kərim “BBC Manchester” radiosuna müsahibəsində Azərbaycana səfərindən bəhs edib. 

Bizim.Media bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir. 

Azərbaycan həqiqətlərini öz gözləri ilə görmək və işğaldan azad edilmiş əraziləri ziyarət etmək üçün ölkəmizə səfər etdiyini bildirən S.Kərim deyib ki, hazırda Cənubi Qafqaz bölgəsində gedən müsbət dəyişikliklərə beynəlxalq ictimaiyyət öz töhfəsini verməlidir.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul etdi – FOTO


Britaniyalı siyasətçi Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində böyük dağıntıların, ətraf mühit problemlərinin olduğuna, Zəngilan ərazisindən keçən Oxçuçayın zəhərli tullantılarla çirkləndirildiyinə, belə problemlərin qlobal ekoloji proseslərə təsirinə diqqəti cəlb edib. 

Azərbaycanda bölgənin inkişafına güclü inamın olduğunu vurğulayıb, yeni səfəri zamanı daha böyük dəyişiklikləri görəcəyinə ümidini ifadə edib. 

Müsahibəni daha ətraflı şəkildə aşağıdakı linkdən dinləmək mümkündür: 

//cloud.mail.ru/stock/cKGHPjvdgCfNeS9M412sP5ur 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin