Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq ilə görüşüb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul etdi – FOTO
Bizim.Media xəbər verir ki, əvvəlcə, spikerlər arasında təkbətək görüş baş tutub.
Sonra nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.
Milli Assambleyanın sədri deyib ki, onun ölkəsi Azərbaycanla iqtisadi, yüksək texnologiyalar, elm, təhsil sahələrində əlaqələrimizi dərinləşdirmək niyyətindədir.
Park Byonq-Soq Milli Məclisin sədrini öz ölkəsinə rəsmi səfərə dəvət edib. Görüşdə ikitərəfli əlaqələrimizin daha da genişlənməsi, parlamentlərarası münasibətlərimizin gələcək inkişaf istiqamətləri və digər məsələlər barədə danışılıb.
Bizim.Media