Ərərstun Oruclu Milli Şuraya gövdə göstərdi

Hazırda oxunan: Ərərstun Oruclu Milli Şuraya gövdə göstərdi

33376

“Cəmil Həsənlinin xeyrinə namizədliyimi geri götürməyə zərurət yoxdur”. 

 

Moderator.az xəbər verir ki ,Bu sözləri “Gündəlik Teleqraf”a açıqlamasında prezidentliyə namizəd Ərəstun Oruclu deyib. Ə. Oruclunun sözlərinə görə, prezidentliyə namizədin hansısa partiya mənsubiyyətinin olmasının elə bir əhəmiyyəti yoxdur: “Prezident seçkisində daha çox namizədin rolu, platforması, mövqeyi vacibdir. Ona görə də bunu heç də dramatikləşdirmək tərəfdarı deyiləm. Əsas təbliğat yeri televiziyalardır. Televiziyalarda hansı namizədin özünü necə təqdim edəcəyindən çox şey asılıdır”.

Ə. Oruclu seçkiyə “Azərbaycan-2013” Hərəkatı ilə qoşulduğunu söyləyib: “Hərəkata xeyli gənclər toplaşıb. Təkcə hərəkat üzvləri deyil, təəssübkeşlərimiz, tərəfdarlarımız da var, onların siyasi simpatiyaları bizim tərəfimizdədir. Maliyyə məsələsində qanqaraçılıqdır. İnformasiya resurslarına gəlincə, qısametrajlı roliklərdən istifadə edəcəyik. Hər rolikdə bir problem qabardıb onun həlli yolları ilə bağlı təkliflərimizi irəli sürəcəyik. Komandamızda xeyli tanınmış bloggerlər var. Onların da resurslarına böyük ümidlər bəsləyirik”. 

 

Namizəd Milli Şura ilə bağlı fikir bildirməkdən imtina edib: “Zamanı gələndə fikirlərimi söyləyəcəyəm”.

Bununla belə politoloq Cəmil Həsənlini uğurlu namizəd sayır: “Amma onu özümə rəqib görmürəm”. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin