Aqustun 18-də Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Koreya nümayəndə heyətinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Qonaqlar Milli Məclisdə olacaq, parlamentin sədri Sahibə Qafarova, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, ölkəmizdəki koreyalı iş adamları ilə də görüşəcəklər.
MÖVZU İLƏ BAĞLI:
Prezidentin verdiyi son mesajlar Tofiq Zülfüqarovun baxış bucağından... – ÖZƏL ŞƏRH
Səfər zamanı nümayəndə heyətinin üzvləri Fəxri xiyabanı, Şəhidlər xiyabanını ziyarət edəcək, Qobustan Milli Tarix-Bədii Qoruğu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi və İçərişəhərlə tanış olacaqlar.
Koreya Milli Assambleyası nümayəndə heyətinin rəsmi səfəri avqustun 20-də başa çatacaq.
Bizim.Media