Moderator.az xəbər verir ki, Ana Vətən Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Ülvi Bayramov bir sıra rayon təşkilatlarının fəaliyyətinin yerində öyrənilməsi məqsədilə Qobustan, Şamaxı, Ağsu, Göyçay, Şəmkir, Tovuz, Ağstafa rayonlarında, Mingəçevir və Şirvan şəhərlərində ezamiyyətdə olmuşdur. Ülvi Bayramov rayon təşkilatlarının sədrləri və fəalları ilə görüşlər keçirmiş, təşkilatların fəaliyyətlərinin genişləndirilməsinə, qarşıdan gələn prezident seçkilərinə dair müvafiq tövsiyələrini və tapşırıqlarını vermişdir.
Səfəri çərçivəsində Ü. Bayramov Tovuz rayonundan partiya sıralarına yeni qəbul edilmiş 80 nəfərə üzvlük vəsiqələri təqdim etmişdir.
































































































