Elmar Vəliyev: "Seçkilərin azad, demokratik keçirilməsi üçün bütün işlər görülür"

Hazırda oxunan: Elmar Vəliyev: "Seçkilərin azad, demokratik keçirilməsi üçün bütün işlər görülür"

33121
Azərbaycan Respublikası Prezidenti seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlamentlərarası Assambleyanın ekspert qrupunun üzvləri Gəncədə iki günlük işgüzar səfərdədirlər. Moderator.az xəbər verir ki, ilk gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qrupun üzvlərini qəbul etmiş və dəyirmi masa arxasında görüş keçirilmişdir. Görüşdə qonaqları salamlayan icra başçısı son illər ölkə başçısının apardığı siyasət nəticəsində qazanılan uğurlardan danışmış, eləcə də Gəncədə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri barədə məlumat vermişdir. Respublikamızın hər yerində olduğu kimi Gəncədə də prezident seçkilərinə ciddi hazırlıq işləri getdiyini diqqətə çatdıran Elmar Vəliyev seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün lazım olan bütün işlərin görüləcəyini qeyd etmişdir.

MDB PAA Şurası Baş katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin MDB PAA-da nümayəndəsi Aydın Cəfərov, MDB PAA Beynəlxalq Monitorinq İnstitutunun direktor müavini Andrey Baranov çıxış edərək  Azərbaycan Respublikası Milli Məclisinin dəvəti ilə Azərbaycan Respublikası prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirmək üçün respublikaya gələn MDB PAA-nın ekspert qrupunun qarşısında duran vəzifələrdən danışmış və qeyd etmişlər ki, MDB PAA sədrinin tapşırığına əsasən seçkilərə kimi ekspert qrupunun üzvləri regionlarda olacaq, seçkilərə hazırlığın vəziyyəti və onun Azərbaycanın Seçki Qanunlarına uyğun keçirilməsi vəziyyəti barədə müşahidə aparacaqdır. Bu müddət ərzində dairə seçki komissiyalarında qanunun aliliyinin təminatı, seçki məntəqələrində hazırlığın vəziyyəti, həmçinin seçkilərin demokratik keçirilməsində inzibati orqanların fəaliyyəti, Konstitusiyanın tələblərinə əməl edilməsi,  müxalifət partiyalarının seçkilərdə fəallığına yaradılan şəraitlə bağlı ətraflı məlumat toplanacaqdır.

Səfərinin ikinci günü MDB PAA-nın monitorinq qrupunun üzvləri Gəncə şəhərindəki seçki komissiyalarında, habelə bir sıra məntəqələrdə seçkiyə hazırlığın gedişi ilə tanış olmuşlar. Ekspertlər, həmçinin YAP Gəncə Şəhər Təşkilatında da olmuşlar. YAP Şəhər Təşkilatının sədri Naqif  Həmzəyev nümayəndə heyətinə təşkilat haqqında geniş məlumat vermiş, seçkilərə hazırlıqla bağlı sualları cavablandırmışdır. Qrupun üzvləri YAP şəhər Təşkilatında görülən işlərlə bağlı razılıqlarını bildirmişlər.  Ekspertlər Ümid partiyasının qərargahında da olmuş, partiya fəalları ilə söhbətlər aparmışlar.
Elmar Vəliyev:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin