İlham Əliyevin “CNN Türk”ə müsahibəsi və Paşinyan-Makron telefon danışığındakı GİZLİNLƏR – Fərhad Məmmədovdan ŞƏRH

Hazırda oxunan: İlham Əliyevin “CNN Türk”ə müsahibəsi və Paşinyan-Makron telefon danışığındakı GİZLİNLƏR – Fərhad Məmmədovdan ŞƏRH

33092

“Cənab Prezident də “CNN Türk”ə müsahibəsində əsas məsələlər haqqında fikirini bildirdi. Paşinyan da öz növbəsində həm Makronla telefon danışığında, həm də hökumətin iclasında Ermənistanın mövqeyini açıqladı. Demək olar ki, ziddiyyətlərin nədən ibarət olduğu tam aydındır”. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin “CNNTürk” telekanalına müsahibəsi - VİDEO


Bizim.Media-ya özəl müsahibəsinə bu sözlərlə başlayan politoloq Fərhad Məmmədov Bakının ilk istəyinin nə olduğunu açıqladı:

“Azərbacan əvvəl öz və Ermənistanın ərazi bütövlüyünün tanınmasını istəyir, daha sonra kommunikasiya, sərhəd və digər məsələlərin müzakirəsinə keçmək niyyətindədir. Ermənistan isə bu məsələləri bir-birilə əlaqələndirmir.

Yəni, vəziyyət aydındır və həm sərhəddə, həm də sülhməramlı qüvvələrin müvəqqəti yerləşdiyi zonada gərginliyin artması da təzyiq mexanizmidir. 

Çünki Ermənistan tərəfi anlamalıdır ki, İrəvan Azərbaycanın istədiyinə, əsasən də ərazi bütövlüyünün qarşılıqlı şəraitdə tanınmasına getməsə, bu gərginlik davam edəcəkdir. İtkilər olacaq və s. İndiki gərginliyin əsas səbəbi məhz budur”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin