Əflan İbrahimov haqqında şok görüntülər yayıldı - sensasion video

Hazırda oxunan: Əflan İbrahimov haqqında şok görüntülər yayıldı - sensasion video

33035

“Təqdim etdiyimiz bu videoda hazırda Eldar Namazova, EL hərəkatı və Milli Şura rəhbərliyinə qarşı iğtişaş törətmək ittihamı ilə çıxış edən Əflan İbrahimov Azərbaycan müsəlmanlarını terrora, İsrail dövlətinə qarşı cihada çağırır".

Moderator.az  Avropa.info-ya istinadən xəbər verir ki, bu fikirlər Milli Şura İcra Aparatının Mətbuat Xidmətinin bununla əlaqədar məlumatında səsləndirilib. 

Məlumatda deyilir ki, Ramazan bayramı zamanı toplantıların birində lentə alınan bu çıxış iclas iştirakçılarının heyrətinə səbəb olub. Çünki toplantının mahiyyəti üzrə edilməyən çıxışda Ə.İbrahimovun təxribatçı olduğu açıq görünür: "Bu video hazırda Milli Şura rəhbərliyini əsassız və heç bir sübut olmadan iğtişaş törətməkdə ittiham edən və özünü İlham Əliyevin tərəfdarı kimi təqdim edən Ə.İbrahimovun özünün qanunları necə pozmasının, ölkəmiz üçün beynəlxalq miqyasda ağır nəticələrə gətirə biləcək təxribatlara əl atmasının açıq-aydın sübutudur". 

Qeyd olunur ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun belə təxribatçı ünsürlərin yalançı xəbərçilik əsasında demokratik düşərgənin liderlərindən saatlarla yersiz izahat tələb etdiyi bir vaxtda açıq-aydın sübut olunan cinayətlərə göz yumması, bütün bu “iğtişaş” şousunun siyasi sifariş olduğunun bariz təsdiqidir: "Bu videomaterial yerli media ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən ABŞ, İsrail və Avropa ölkələrinin səfirliklərinə də təqdim olunub".

Qeyd edək ki, Əflan İbrahimov barəsində videomaterial yayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin